Enerji içkilərinin daha bir zərəri açıqlandı

Aug 1, 2024 - 08:44
 0
Enerji içkilərinin daha bir zərəri açıqlandı

Enerji içkilərindən istifadə orqanizmdə hormonal balansın pozulmasına gətirib çıxarır.

Doktorm.Az medicina.az-a istinadən xəbər verir ki, bunu endokrinoloq Ancelina Kombarova deyib.

O, buna enerji içkilərinin tərkibindəki kofeinin səbəb olduğunu bildirib:

"Həddən artıq kofein testosteron istehsalını azaldır və estrogen sintezini artırır. Bundan əlavə, enerji içkilərinin müntəzəm istifadəsi asılılıq yaradır".

Kombarova onu da qeyd edib ki, isti mövsümdə energetik içkilər içmək daha təhlükəlidir:

"Bu, başgicəllənmə, ürək döyüntüsünün artması, baş ağrıları, miqren, həddindən artıq təşviş, diqqətin azalması, yaddaşsızlıq, ürəkbulanma kimi simptomlara səbəb ola bilər.

Onların tərkibində çoxlu miqdarda şəkər var, bu da diabetli insanlar üçün xüsusilə təhlükəlidir. Şəkər sürətli karbohidrat olduğundan enerji içkilərinin həddindən artıq istehlakı piylənməyə səbəb ola bilər".

Xatırladaq ki, çərşənbə axşamı Rusiyada Dövlət Duması energetik içkilərin uşaqlara satışını qadağan edən qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qonşu ölkədə bu içkini yalnız yetkin insanlar ala biləcəklər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow