Dünyanı yeni virus gözləyir – XƏBƏRDARLIQ

Feb 21, 2025 - 10:10
 0
Dünyanı yeni virus gözləyir – XƏBƏRDARLIQ
Dünyanı yeni virus gözləyir – XƏBƏRDARLIQ

İqlim dəyişikliyi və qlobal istiləşmə yalnız mövcud ekosistemləri və bioloji müxtəlifliyi deyil, həm də insan sağlamlığını təhdid edən yeni riskləri ortaya çıxarır. Buz və permafrost kimi donmuş ərazilərin əriməsi bu günə qədər buzlar altında qalmış və bəşəriyyətin tanımadığı virusların yayılmasına səbəb ola bilər.

Doktorm.az xəbər verir ki, Nobel Sülh Mükafatı laureatı və BMT-nin keçmiş iqlim dəyişikliyi üzrə müşaviri Rae Kvon Çunq bu təhdid barədə ciddi narahatlığını ifadə edərək bu vəziyyətə hazır olmadığımızı vurğulayıb. Onun sözlərinə görə, buzlar əridikcə donmuş halda yaşaya bilən mikroorqanizmlər və viruslar ortaya çıxa bilər və insanlıq bu cür yeni və təhlükəli patogenlərlə mübarizə aparmağa hazır deyil.

Bu cür viruslar Qrenlandiya, Kanada və Rusiyanın şimal hissəsindəki buzların əriməsi ilə yayıla bilər. Qeyd edək ki, daha əvvəl istilişmə ilə bağlı Qrenlandiyada bəzi buzlaqların əriməsi, Baykal gölündə də gözlənilənr donmanın baş verməməsi barədə xəbər vermişik. Bu hadisələrin fonunda alimlər dəniz səviyyəsinin qalxması barədə xəbərdarlıqlar ediblər. BMT-nin baş katibinin iqlim dəyişikliyi məsələləri üzrə keçmiş müşaviri Rae Kvon Çunq isə digər təhlükə - yeni virusların yayılma riski barədə həyəcan təbili çalıb./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow