Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI

"SARS-CoV-2" koronavirusunun insanlar və heyvanlar arasında yayılması yeni təhlükəli virusların yaranması təhdidini yaradır.
Doktorm.az-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.
"COVID-19 ilə bağlı ictimai səhiyyə üçün qlobal risk yüksək olaraq qalır", - deyə hesabatda qeyd olunur.
ÜST qeyd edib ki, hazırda "SARS-CoV-2"yə qarşı kollektiv immunitet əhəmiyyətli dərəcədə artıb. Lakin onun yayılması davam edir.
Təşkilatın məlumatına görə, bunu test nəticələrinin müsbət faizi və çirkab sularından götürülən nümunələr təsdiq edir.
"SARS-CoV-2" pandemiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş verən epidemiya ilə başlayıb. 30 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bu epidemiyanı beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət, 11 martda isə pandemiya elan etdi. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünya üzrə 777 milyondan çox yoluxma halı qeydə alınıb.
Bir neçə saat əvvəl beynəlxalq alimlər qrupu müəyyən edib ki, qadınlarda uzunmüddətli COVID-19 inkişafı riski kişilərə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Sorğudan ən azı altı ay əvvəl koronavirusa yoluxmuş 12 mindən çox insanın məlumatlarının təhlili göstərib ki, qadınlarda uzunmüddətli simptomlarla qarşılaşma ehtimalı 31% daha yüksəkdir./oxu.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






