Donemet nə üçündür? İstifadə qaydası necədir?

Donemet travmatik ağrılarda, oynaq və əzələ ağrılarında istifadə olunan preparatdır. Donemet nə üçündür? İstifadə qaydası necədir?

Sep 9, 2024 - 07:37
Sep 9, 2024 - 07:38
 0
Donemet nə üçündür? İstifadə qaydası necədir?
Donemet 25 mg

Donemet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Donemet qiyməti

Donemet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Donemet qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Donemet tablet qiyməti -ni öyrənərək əldə edəsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Dexketoprofen

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq deksketoprofenə ekvivalent (36,90 mq) deksketoprofen trometamol vardır.
Köməkçi maddələr: prejelatinləşdirilmiş nişasta, mikrokristallik sellüloza (Avicel PH101), mikrokristallik sellüloza (Avicel PH102),
maqnezium stearat, kolloidal silisium dioksid, polietilenglikol, talk, qliseril distearat, polivinil spirti, natrium nişasta qlikolyatı, titan dioksid.

Farmakoterapevtik qrupu

Qeyri-steroid iltihabəleyhinə preparat.
ATC kodu: M01AE17.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

DONEMET qeyri-steroid iltihabəleyhinə preparatdır. İltihabəleyhinə, analgetik və qızdırmasalıcı təsir göstərir.
Əsas təsir mexanizmi, siklooksigenazanı inhibə etməklə prostaglandinlərin sintezini tormozlaması ilə bağlıdır. Xüsusilə prostaglandinlər PGE, PGE,, PGF, vǝ PGD,, həmçinin prostasiklin PGI, və tromboksanları (TxA, ve TxB) təşkil edən araxidon turşusunun siklik endopiroksidlərə, PGG, vǝ PGH, çevrilməsini inhibə edir.
Bundan başqa prostaglandin sintezinin inhibə olunması, dolayı yolla kinin kimi digər iltihab mediatorlarına da təsir edir. Preparatın analgetik təsiri daxilə qəbulundan 30 dəqiqə sonra baş verir və 4 saatdan 6 saata qədər davam edir.


Farmakokinetikası

Sorulması
Deksketoprofen trometamolun oral qəbulundan sonra insanlarda C(max)-a çatma müddəti orta hesabla 30 dəqiqə təşkil edir. Paylanması və xaric olması
Deksketoprofen trometamolun plazma zülalları ilə birləşməsi 99%-dir. Paylanma həcmi orta hesabla 0,25 1/kq-dan azdır. Paylanma müddəti 0,35 saat, xaric olma müddəti 1,65 saat təşkil edir. Preparatın asas hissəsi orqanizmdən sidiklə metabolitlǝr şəklində xaric olunur.

İstifadəsinə göstərişlər

Preparat dayaq-hərəkət aparatının ağrılarında, ağrılı mensturasiya dövründə (dismenoreya), diş ağrılarının simptomatik müalicəsində istifadə olunur.

Əks göstərişlər

  • Deksketoprofen trometamola və ya DONEMET dərman vasitəsinin tərkibinə daxil olan digər komponenetlərə qarşı allergiya (yüksək həssaslıq),
  • Asetilsalisil turşusuna və ya digər qeyri-steroid iltihabəleyhinə preparatlara qarşı allergiya,
  • Astmanız varsa və ya keçmişdə asetilsalisil turşusunun və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların qəbulundan sonra astma tutmaları, kəskin allergik rinit (allergiya nəticəsində burunun selikli qişasının qısamüddətli iltihabı), burunda polip (allergiya ilə bağlı burundaxili şişkinlik), övrə (dəri səpgiləri), angionevrotik ödem (üzdə, gözlərdə boğazda, dodaqlarda və dildə şişmə, təngnəfəslik) və ya sinədə xırıltıların əmələ gəlməsi,
  • Mədə xorası, mədə-bağırsaq qanaxmaları və ya həzm sisteminin xroniki pozğunluğu (qıcqırma, həzm pozğunluğu) varsa,
  • Keçmişdə və ya hazırda ağrıkəsici kimi istifadə olunan qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi ilə əlaqadar mədə bağırsaq qanaxmaları və ya mədənin perforasiyası (deşilməsi) baş veribsə,
  • Bağırsaqların iltihab mənşəli xroniki xəstəlikləri (Kron xəstəliyi və ya qeyri-spesefik xoralı kolit)
  • Ciddi ürək çatışmazlığı, böyrək funksiyasının orta və ağır pozğunluğu və ya qaraciyərin ciddi funksional pozğunluğu varsa,
  • Qanaxmalara yüksək meyillilik, hemorragik diatez və qanın laxtalanmasının pozğunluğu varsa
  • Hamiləlik və laktasiya dövründə
  • Kəskin dehidrotasiya olan vəziyyətlərdə (qusma, diareya)
  • Ketoprofen və ya fibrat istifadəsi zamanı fotoallergik və ya fototoksik reaksiyalar müşahidə olunmuşdursa (günəşə məruz qalan dəri hissələrində qızartılar və ya qabarma şəklində əlamətlər)

Yuxarda qeyd olunan hallarda DONEMET preparatını istifadə etməyin.


Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik (C kateqoriyası)
Preparatın istifadəsindən əvvəl bu barədə həkimə və ya əczaçıya məlumat verin
Əgər hamilə olduğunuzdan şübhələnirsinizsə, yaxud olmağı planlaşdırırsınızsa bu barədə həkiminizə məlumat verin. Hamiləliyin üçüncü üç aylıq dönəmində DONEMET-i qəbul etmək olmaz. Hamiləliyin birinci və ikinci üç aylıq dönəmində DONEMET preparatı yalnız kəskin ehtiyac halında istifadə oluna bilər.
Müalicə ərəfəsində hamilə olduğunuzu bilsəniz dərhal bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.
Laktasiya dövrü
Laktasiya dövründə preparatı qəbul etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

DONEMET, preparatının qəbulu başgicəllənmə və yuxuyameyillilik əmələ gətirə bilər. Bu səbəbdən nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə az da olsa təsir göstərə bilər. Bu kimi halları müşahidə etsəniz, simptomlar keçənə qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin.


İstifadə qaydası və dozası

Tabletləri lazımı miqdarda su ilə qəbul edin. Kəskin ağrıları tez bir zamanda aradan qaldırmaq üçün tabletləri acqarına və yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.
DONEMET preparatını hər zaman həkiminizin təyin etdiyi qaydaya uyğun qəbul edin. Əlavə suallar yarandıqda həkiminizdən soruşun. Preparatın dozası ağrının tipinə, şiddətinə və davamlığına uyğun olaraq təyin edilir. Həkiminiz Sizə preparatı gündəlik neçə tablet və hansı müddətə qəbul etməyinizi bildirəcək. Ümumilikdə tövsiyə olunan doza gündə 3 dəfə, hər 8 saatdan bir 1 tablet (25 mq) təşkil edir.

Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
18 yaşından kiçik uşaqların istifadəsi tövsiyə olunmur.
Yaşlı insanlarda istifadəsi
Yaşlı insanlarda müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlanmalıdır.
Xüsusi xəstəliklər zamanı istifadəsi
Böyrək/qaraciyər çatışmazlığı
Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr müalicəyə gündə 2 tabletdən (50 mq) çox olmayan doza ilə başlamalıdır.
Qida və içki ilə yanaşı qəbulu
Tabletlər lazımı miqdarda su ilə qəbul edilməlidir. Tabletlərin yeməklə birlikdə qəbulu mədə və bağırsaqda əmələ gələ biləcək əlavə təsirlərin qarşısını almağa kömək edir. Bununla belə kəskin ağrılar zamanı tabletlər acqarına qəbul edilməlidir. Tabletlərin yeməkdən 30 dəqiqə əvval qəbulu preparatın tez təsir göstərməsinə səbəb olur. DONEMET-i qəbul etməyi unutmusunuzsa Çalışın dərman vasitəsini tövsiyə olunduğu kimi qəbul edəsiniz.
Əgər siz dərman vasitəsinin bir dozasını qəbul etməyi unutmusunuzsa, həmin dozanı qəbul etməyin və adi qaydada qəbulu davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat doza qəbul etməyin.
Əgər DONEMET preparatının təsirinin çox güclü və ya zəyif olduğunu müşahidə etsəniz bu barədə həkiminizə və ya əczaçıya məlumat verin.


Doza həddinin aşılması

Doza həddinin aşılmasında bu barədə həkimə və ya əczaçıya məluat verin və preparatın qutusunu və ya istifadəsi üzrə təlimatı da özünüzlə götürərək yaxınlıqdakı tibb məntəqəsinə müraciət edin.

Buraxılış forması

10 tablet, al/şəfaf olmayan blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən aşağı temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində yazılmışdır.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

İstehsalçı

İlko İlaç San. ve Tic. A.Ş., Turkey.
OSB, Kuddusi Cad. 23. Sok. No:1, 42050
Selçuklu/Konya/ Turkey.
Qeydiyyat vəsiqəsinin sahibi
İlko İlaç San. ve Tic. A.Ş., Turkey.
Veysel Karani Mah., Çolakoğlu Sok. No: 10, 34885 Sancaktepe/İstanbul/Turkey.

Donemet nə üçündür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow