Diz ağrılarını azaldan qidalar açıqlandı

Apr 12, 2025 - 09:14
Apr 12, 2025 - 09:17
 0
Diz ağrılarını azaldan qidalar açıqlandı
Diz ağrılarını azaldan qidalar açıqlandı

Diz ağrıları bir çox insanın gündəlik həyat keyfiyyətini azaldır.

Doktorm.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma ilə qığırdaq sağlamlığını dəstəkləmək və ağrıları azaltmaq mümkündür. Xüsusilə kollagen, omeqa-3, C vitamini və kükürdlə zəngin qidalar bu baxımdan təsirlidir.

Kollagen mənbələri – sümük suyu, jelatin və kollagen əlavələri qığırdaq toxumasını gücləndirir, hərəkətliliyi artırır.

Omeqa-3 yağ turşuları – iltihabı azaldaraq qığırdaqları qoruyur. Balıq, çia toxumu və qoz əsas mənbələrdir.

C vitamini – portağal, kivi və brokoli kimi meyvə-tərəvəzlər qığırdaq bərpasını dəstəkləyir.

Kükürdlü qidalar – sarımsaq, soğan və kələm qığırdaq sağlamlığını və oynaqların elastikliyini artırır.

Bundan əlavə, tam taxıllar, paxlalılar, zəncəfil və zərdəçal kimi qidalar da oynaq sağlamlığını qoruyur. Süd məhsulları isə kalsium sayəsində sümükləri gücləndirir.

Bu qidaları gündəlik rasionunuza əlavə etsəniz, zamanla diz ağrılarınızda nəzərəçarpacaq azalma hiss edə bilərsiniz./E-saglam.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow