Diqqət: Xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər

Jul 1, 2025 - 15:22
 0
Diqqət: Xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər
Diqqət: Xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər

Yuxu zamanı nəfəs darlığı, yüksək səslə xoruldama və səhərlər müşahidə olunan yorğunluq obstruktiv yuxu apne sindromunun əlamətləri ola bilər. 

Doktorm.az xəbər verir ki, bu barədə kardioloq Valeriya Bonadykova Gazeta.Ru-ya açıqlamasında məlumat verib. O, bu sindromun insan sağlamlığına təsirlərindən danışıb.

Mütəxəssisin sözlərinə görə, obstruktiv yuxu apne sindromu zamanı yuxuda nəfəs yolları tıxanır və nəfəs qısa müddətə dayanır. Bu proses zamanı insanın qan təzyiqi kəskin yüksəlir, qandakı oksigen səviyyəsi isə azalır. Bonadykova bildirib ki, belə hallar gecə bir neçə dəfə təkrarlana bilər və bu da damar sistemində xroniki yük yaradır.

Oksigen çatışmazlığı isə qan damarlarının daxili qişasında iltihab və oksidləşdirici stress yaradır. Nəticədə damarların elastikliyi azalır, tonus tənzimlənməsi pozulur. Hər bir apne epizodu təzyiqin qalxmasına səbəb olur ki, bu da zamanla ürək fəaliyyətini zəiflədir.

Kardioloq apne sindromunun əsas əlamətlərindən danışıb: 

“Apne sindromunu bir neçə əlamətə əsasən müəyyən etmək mümkündür – yuxu zamanı nəfəsin dayanması, yüksək səslə xoruldama, boğulma hissi, narahat yuxu, gecə tərləmələri və tez-tez sidiyə getmə. Səhərlər baş ağrısı, ağız quruluğu və yorğunluq, diqqət çatışmazlığı və əsəbilik müşahidə oluna bilər. Bu əlamətlər mövcuddursa, mütəxəssisə müraciət vacibdir”,- deyə o bildirib. 

Bonadykova əlavə edib ki, bu pozğunluq müalicə olunmadıqda hipertoniya, infarkt, insult və aritmiya riskini artırır. Yuxu keyfiyyətinin pozulması ürək-damar sisteminə daimi yük salır və sağlamlığı təhlükə altına alır.

Mütəxəssisin sözlərinə görə, əsas müalicə üsulu CPAP terapiyasıdır (Continuous Positive Airway Pressure). Bu cihaz maska vasitəsilə nəfəs yollarına təzyiqlə hava verərək onların bağlanmasının qarşısını alır. Yüngül apne  hallarda isə ağız qoruyucularından istifadə edilir. Həkimlər həmçinin çəki azaltmağı, alkoqoldan və yuxu dərmanlarından imtina etməyi, yan vəziyyətdə yatmağı tövsiyə edirlər. Bəzi hallarda isə neyrostimulyator tətbiq olunur və ya cərrahi müdaxiləyə ehtiyac duyulur.

“CPAP terapiyası sayəsində xoruldama və gecə oyanmaları azalır, səhərlər baş ağrısı və yorğunluq olmur”, – deyə həkim sonda bildirib./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow