Boyun osteoxondrozunun yaranmasına səbəb nədir? - AÇIQLAMA

Apr 9, 2025 - 08:49
 0
Boyun osteoxondrozunun yaranmasına səbəb nədir? - AÇIQLAMA
Boyun osteoxondrozunun yaranmasına səbəb nədir? - AÇIQLAMA

Bəzi insanlar xalq arasında boyun duzlaşması olaraq da bilinən boyun osteoxondrozundan əziyyət çəkir. 

Bir çox yaşda rast gəlinən xəstəlik yaşlı insanlara daha ciddi təsir edir. Xüsusilə 50 yaşdan yuxarı şəxslərdə bu xəstəlik baş verdikdə bir çox əlavə simptomlarla da müşahidə olunur. 

Bəs boyun osteoxondrozunun yaranmasına səbəb nədir? 

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, boyun osteoxondrozunun yaranmasının səbəbləri çoxdur:

"Birinci odur ki, xəstə boyun fəqərələrindən tramva alır. Bu halda fəqərələr arası qığırdaq yavaş-yavaş nazikləşməyə başlayır. Daha sonra fəqərələr arası sinirlərin sıxılması və sümüklərin təmas prosesi güclənir. Nəticədə, şiddətli ağrılar baş verir". 

Həkim qeyd edib ki, insan bədənində kalsiumun çatışmaması da boyun osteoxondrozunun əmələ gəlməsinə səbəb olur:

"Yəni D vitamini çatışmadığına görə sümüklərdə osteoporoz prosesi baş verir. El arasında buna sümüyün dağılması da deyilir. Bu zaman sümüyün arasındakı qığırdaqların diskləri bir-birlərini sıxaraq normal fəaliyyət göstərə bilmir. O qığırdaqların özü də kalsiumla qidalandığı üçün onlar da dağılmağa başlayır. Beləliklə, boyun osteoxondrozu prosesi inkişaf edir". 

Ekspert digər səbəblərdən də bəhs edib:

"Bədəndə normadan artıq duz toplanması da buna səbəb ola bilir. O halda onurğa sütununun arasındakı sinirlər çıxır və toplanmış duzlar onu sıxmağa başlayır. Bu isə ağrıların yaranmasına gətirib çıxarır. 

Bəzən də insan bədənində yaranan başqa xəstəliklərin nəticəsində müxtəlif toksiki məhsullar qığırdaqların arasında toplanır. Eyni zamanda, vitamin və mineralların çatışmaması da boyun osteoxondrozunun yaranmasına səbəb olur".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow