Burun dolğusu sizi kor edə bilər

Burun dolğusu çox təhlükəlidir, gözü kor edə bilər - cərrahdan açıqlama

Jul 28, 2024 - 06:54
 0
Burun dolğusu sizi kor edə bilər
Burun dolğusu sizi kor edə bilər

Hazırda burun dolğuları çox dəbdədir. İnsanlar əməliyyata getmir, burnuna gel ilə forma verir. Düzdür, insanlar əməliyyatdan çəkinir, amma heç bir prosedur əməliyyatın yerini vermir. Əməliyyat ömürlükdür, botoksu və dolğunu isə ildə bir dəfə təkrarlamaq lazımdır.

Bu sözləri Doktorm.az -a açıqlamasında Türkiyədə çalışan azərbaycanlı üz-çənə cərrahı Elmir Seyidli bildirib.

"Dolğunun ən böyük təhlükəsi damara maddənin düşüb onu tıxaması, emboliyaya səbəb olmasıdır. Damar tıxananda da toxumanın çürüməsi baş verir. Burun dolğuları dolğular içərisində ən təhlükəlisidir. Bu orqan gözlərə və beyinə yaxındır. Səhv icra olunarsa, dolğu damarla gözlərə gedib onları kor edə bilər.

Bəzən damar emboliyası nəticəsində burunda çürümə, nekrozlaşma baş verir. Bunun qarşısını almaq üçün artıq kiçik ultrason cihazları çıxıb, prosedur zamanı USM ilə baxılır, əgər damara maddə düşübsə, problemi yerindəcə həll edir. Amma xanımlar bilməlidir ki, dolğu kimi ciddi prosedurları işinin peşəkarına həvalə etməlidir."


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow