Bu vitamin əlavələri xərçəng riskini artırır

Dec 28, 2024 - 06:12
 0
Bu vitamin əlavələri xərçəng riskini artırır
Bu vitamin əlavələri xərçəng riskini artırır

C, E, B6 və B12 vitaminlərinin yüksək konsentrasiyası xərçəngli şişlərin böyüməsini stimullaşdıra bilər.

Doktorm.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, bu barədə amerikalı dietoloq “Nikol Endryus “Daily Mail”-ə danışıb.

Həkim izah edib ki, adi C vitamini əlavələri immun sistemini gücləndirən kimi reklam olunur. Bəzi insanlar sağlamlıqlarını yaxşılaşdırmaq üçün onları həddindən artıq dozada qəbul edirlər, lakin bunun əks təsiri ola bilər:

“Fakt budur ki, bədən artıq vitaminləri kifayət qədər tez emal edə bilmir. Aktiv maddələr sağlam hüceyrələrə hücum edə və xərçəng şişlərinin böyüməsini stimullaşdıra bilər. Bundan əlavə, artıq vitaminlər qan dövranına daxil olduqda, sərbəst radikallar - hüceyrələrin oksidləşmə prosesini təhrik edən və onlarda müxtəlif mutasiyalara səbəb olan qeyri-sabit kimyəvi hissəciklər əmələ gətirir”.

Tədqiqatlar göstərir ki, lazımsız vitamin əlavələri onsuz da xərçəng diaqnozu qoyulmuş insanlar üçün zərərli ola bilər. Belə ki, İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, C və E vitaminləri olan əlavələrin qəbulu ağciyər şişlərində yeni qan damarlarının əmələ gəlməsinə səbəb olur.

Ohio Dövlət Universitetində aparılan başqa bir araşdırma göstərib ki, siqaret çəkən kişilərdə yüksək dozada B6 və B12 vitaminləri qəbul etdikdə ağciyər xərçəngi riski 4 dəfə artıb.

Həkim əlavə edib ki, bir çox vitamin əlavələrinin etiketi yanlışdır və onların faktiki dozası məlum deyil. Bu səbəbdən onları qəbul etməyin sağlamlıq risklərini qiymətləndirmək çətindir./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow