Bu tərəvəzlər qızardılan zaman zərərli trans yağı buraxır

Sarımsaq və soğan 140°C-yə qədər qızdırıldıqda trans yağları buraxa bilər.
Yaponiya Universitetinin alimləri müəyyən ediblər ki, sarımsaq və soğan 140 °C və ya daha yüksək temperaturda qızdırıldıqda zərərli trans yağları buraxa bilər.
Araşdırmanın nəticələri Food Research International jurnalında dərc olunub.
Trans yağların və ya trans yağ turşularının istehlakı ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir.
Ümumdünya Səhiyyə Təşkilatına görə, trans yağlar hər il 278 mindən çox ölümə səbəb olur.
Trans yağlar qızardılmış qidalarda və marqarində olur. Evdə yüksək temperaturda yeməkləri qızardarkən də trans yağ əmələ gələ bilər.
Hətta bitki yağlarında olan doymamış yağ turşuları yüksək temperatura məruz qaldıqda trans yağlara çevrilə bilir.//demokrat
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






