Bu pozalarda yatan insanlar SAĞLAMLIĞINI İTİRƏ BİLƏR

Jul 24, 2024 - 07:10
 0
Bu pozalarda yatan insanlar SAĞLAMLIĞINI İTİRƏ BİLƏR

Mütəxəssislər qeyd edir ki, insanın yuxu zamanı aldığı poza onun sağlamlığına ciddi təsir edə bilər.

Doktorm.az Pravda.ru-ya istinadən xəbər verir ki, sol böyürü üstə yatmaq insanın mədə-bağırsaq sisteminin fəaliyyətinə (xüsusilə mədə və mədəaltı vəzinə) və həmçinin immun sisteminə müsbət təsir edir. Bu vəziyyətdə bütün orqanizmin fəaliyyəti yaxşılaşır, limfa sisteminin orqanizmdən toksinlər və s. ziyanlı maddələrin çıxarılması ilə bağlı fəaliyyəti güclənir.

Sağ böyürü üstə yatan insanlarda isə əksinə həzm və limfa sisteminin fəaliyyəti pisləşir.

Bel üstə yatmaq da ziyanlı sayılır. Belə vəziyyətdə yatan insanda nəfəsalma çətinləşir ki, nəticədə qanda oksigenin səviyyəsi azalır, tənəffüs sistemi xəstəliklərinin riski artır.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow