BISACODYL-HEMOFARM
BISACODYL-HEMOFARM Bağırsağın reseptor aparatına qıcıqlandırıcı təsir göstərir, bağırsağın peristaltikasını gücləndirərək və yoğun bağırsaqda seliyin sekresiyasını artıraraq, onun bilavasitə selikli qişasına təsir edir.

BISACODYL-HEMOFARM Eyniləşdirmə və təsnifat
Dərman forması
5 mq bağırsaqda həll olan örtüklü tabletlər
- BISACODYL-HEMOFARM Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- BISACODYL-HEMOFARM Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- BISACODYL-HEMOFARM nə üçündür?
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- BISACODYL-HEMOFARM Əks göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- BISACODYL-HEMOFARM İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Əlavə təsirləri
- Xüsusi qeydlər
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
Buraxılış forması
5 mq bağırsaqda həll olan örtüklü tabletlər.
10 tablet polivinilxlorid/polivinilidenxlorid örtüklü və alüminium folqalı blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
BISACODYL-HEMOFARM Tərkibi
Təsiredici maddə: 1 tableti tərkibində 5 mq bisakodil vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, povidon K-25, natrium karboksimetilnişasta, kollidal silisium dioksid, maqnezium stearat.
Örtük: metakril turşusu və metilmetakril sopolimeri (1:2), makroqol 6000, talk.
Şəkər örtüyü: saxaroza, akasiya kitrəsi, makroqol 6000, talk, xinolin sarısı boya maddəsi E 104, titan dioksid E 171.
Təsviri
Dairəvi formalı, sarı rəngli tabletlərdir, eninə kəsiyində demək olar ki, ağ rəngli nüvə və sarı rəngli örtük görünür.
Farmakoterapevtik qrupu
İşlədici vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
BISACODYL-HEMOFARM nə üçündür?
İşlədici vasitədir. Bağırsağın reseptor aparatına qıcıqlandırıcı təsir göstərir, bağırsağın peristaltikasını gücləndirərək və yoğun bağırsaqda seliyin sekresiyasını artıraraq, onun bilavasitə selikli qişasına təsir edir.
Təsiri daxilə qəbulundan 6 saat sonra, yatmazdan əvvəl qəbul edildikdə 8-12 saatdan sonra başlayır.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Bağırsaqdan sorulmur. Prodərman hesab edilir, qələvi mühitdə mədə-bağırsaq traktının selikli qişasına qıcıqlandırıcı təsir göstərən metabolitin yaranması ilə hidroliz baş verir.
İstifadəsinə göstərişlər
Hipotonik və atonik qəbizlik (o cümlədən yaşlılarda qəbizlik; əməliyyatdan və doğuşdan sonrakı qəbizlik). İshalın tənzimlənməsi (hemorroy, proktit, arxa keçəcəyin çatı). Cərrahi əməliyyata, instrumental və rentgenoloji tədqiqatlara hazırlıq.
BISACODYL-HEMOFARM Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, bağırsaq keçməzliyi, yırtığın sıxılması, qarın boşluğu orqanlarının kəskin iltihabi xəstəlikləri, qarın nahiyəsində naməlum genezli ağrı, qastroenterit, appendisit, peritonit, mədə-bağırsaq traktından qanaxma, metrorragiya, sistit, spastik qəbizlik, kəskin proktit, kəskin hemorroy, 3 yaşa qədər uşaqlar, laktaza, saxaraza/izomaltaza defiiti, laktozaya, fruktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası (preparatın tərkibində laktoza və saxaroza vardır).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik və laktaiya dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olduğu halda mümkündür.
Preparatın fertilliyə təsirinə dair klinik tədqiqatlar aparılmamaışdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu dövründə nəqliyyat vasitəsini idarə edərkən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növü ilə məşğul olarkən ehtiyatlı olmaq vacibdir.
BISACODYL-HEMOFARM İstifadə qaydası və dozası
- Tabletlər gündə 1 dəfə yatmazdan əvvəl və ya səhər yeməyindən 30 dəqiqə əvvəl qəbul edilir.
- Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara qəbula 1-3 tablet (5-15 mq) təyin edilir.
- 8-14 yaşlı uşaqlarda qəbula 1-2 tablet (5-10 mq), 3-7 yaşlı uşaqlarda 1 tablet (5 mq) istifadə edilir.
- Cərrahi əməliyyatlata, istrumental və rentgenoloji tədqiqatlara hazırlıq zamanı tədqiqatdan 1 sutka əvvəl 2 tablet və əməliyyat və ya tədqiqat ərəfəsində 2 tablet təyin edilir.
- Tabletlər bütöv şəkildə, sındırılmada, çeynəmədən, bir qədər su ilə qəbul edilir.
Doza həddinin aşılması
- Simptomları
- Diareya, susuzlaşma, su-elektrolit balansının pozulması, hipokaliemiya, yoğun bağırsağın atoniyası.
- Müalicəsi
- Simptomatikdir.
Əlavə təsirləri
- Preparatın istifadəsi zamanı ən çox məlumat verilən əlavə təsirlər qarın nahiyəsində spastik ağrı və diareyadır.
- Mədə-bağırsaq sistemində baş verən pozuntular: qarın nahiyəsində spastik ağrı və ya diskomfort, diareya (susuzlaşma, əzələ zəifliyi, qıcolma, arterial təzyiqin enməsi), ürəkbulanma, qusma, nəcisdə əhəmiyyətsiz miqdarda qan, anorektal diskomfort, kolit.
- Sinir sistemində baş verən pozuntular: başgicəllənmə, bayılma. Preparatın qəbulundan sonra yaranan bu əlavə təsirlər vazovaqal reaksiya ilə əlaqədardır (daha doğrusu bağırsaq spazmının, defekasiya zamanı gərginliyin nəticəsində).
- İmmun sistemdə baş verən pozuntular: allergik reaksiyalar, angionevrotik ödem, anafilaktik reaksiyalar.
- Şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi
- Dərman vasitəsinin qeydiyyatından sonra preparatın “fayda-risk” nisbətinin fasiləsiz monitorinqin aparılması məqsədilə şübhəli əlavə təsirlər barədə məlumatın verilməsi vacibdir. Tibb işçilərinə dərman vasitəsinin istənilən şübhəli əlavə təsiri barədə milli sistem vasitəsilə məlumat vermək məsləhət görülür.
Xüsusi qeydlər
Ehtiyatla
Hamiləlik, laktasiya dövrü, qaraciyər və/və ya böyrək çatışmazlığı.
Bisakodili xroniki qəbizliyin müalicəsi zamanı uzun müddət (10 gündən artıq) təyin etmək olmaz.
Bisakodilin istifadəsi zamanı düz bağırsaqdan qanaxma başladıqda, pasiyentə preparatın qəbulunu dayandırması barədə xəbərdarlıq etmək lazıımdır.
Preparatın istifadəsinin nəticəsində sidiyin və nəcisin bənövşəyi rəngə boyanması mümkündür. Preparatın uzun müddət istifadəsi maye itgisinə, elektrolit balansın pozulmasına, hipokaliemiyaya və susuzlaşmaya səbəb ola bilər ki, bu da yanğı və oliquriya ilə müşayiət edilir. Susuzlaşma orqanizmə zərər verə bilər (məsələn, yaşlı pasiyentlərdə böyrək çatışmazlığı zamanı), bu səbəbə görə yuxarıda sadalanan simptomlar zamanı preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır. 1 tabletin (5 mq) tərkibində 0,006 çörək vahidi vardır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman vasitəsinin qalığının və ya tullantısının utilizaiyası zamanı xüsusi ehtiyat tədbirləri
Preparatın istənilən qədər istifadə edilməyən miqdarı və ya istifadə edilməyən materialı qüvvədə olan müvafiq qaydalara uyğun şəkildə məhv edilməlidir.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
Qablaşdırıcı/ Keyfiyyətə nəzarət
Hemofarm A.D., Serbiya.
26300, Vrşas ş., Beoqrad yolu bb.
İstehlakçılardan iradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






