Bilobil forte nə üçündür? istifadə qaydası necədir?

Bilobil forte nə üçündür? istifadə qaydası necədir? Bilobil forte 80 mq əks təsiri, faydaları, istifadə qaydası, instruksiya və qiyməti haqqında ətraflı məlumat üçün yazını oxuyun.

Aug 17, 2024 - 18:44
Aug 17, 2024 - 20:04
 0
Bilobil forte nə üçündür? istifadə qaydası necədir?
Bilobil forte

Bilobil forte haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bilobil forte qiyməti 

Bilobil forte qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bilobil forte qiyməti 9 azn - 11 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bilobil forte 80 mq qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: hər bərk kapsulda Ginkgo biloba L. yarpaqların (Ginkqo yarpaqları) ibarət (35 - 67 : 1) 80 mq ekstraktı vardır (quru, təmizlənmiş və standartlaşdırılmış şəkildə),
hansı ki:
- 17,6-21,6 mq flavonoidlər, flavon qlikozidlər şəklində;
- 2,24-2,72 mq A, B, C qinkqolidlər;
- 2,08-2,56 mq bilobalidə uyğundur.
Ekstraksiya üçün həlledici: aseton 60 % (m/m).
Köməkçi (texnoloji) komponent: duru, tozlandırma ilə qurudulmuş qlükoza.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, talk, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Kapsulun örtüyü: qara dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172), titan dioksdi (E171), azorubin (E122), jelatin.

Təsviri

Çəhrayı rəngli kapsullar. Kapsulun tərkibi – daha tünd rəngli görünən hissəciklərdən ibarət açıqqəhvəyidən tünd-qəhvəyiyə qədər çalan kapsullardır. Kiçik yumaqcıqlar yolveriləndir.

Farmakoterapevtik qrupu

Psixoanaleptiklər. Demensiyanın müalicəsi üçün preparatlar.
ATC kodu: N06DX02.

İstifadəsinə göstərişlər

  • Diqqətin azalması, yaddaşın zəifləməsi, intellektual qabiliyyətin azalması, yuxunun pozulması ilə müşayiət olunan müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya (insult,
  • kəllə-beyin travması nəticəsində, yaşlılarda inkişaf edən);
  • periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (o cüm. aşağı ətrafların arteriopatiyası, növbələnən ağsaqlıq), Reyno sindromu;
  • neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya);
  • sarı ləkənin qocalıq degenerasiyası;
  • diabetik retinopatiya.

Əks göstərişlər

Qinkqo ekstraktına və ya dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq.
Hamiləlik.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər-hansı dərman vasitəsinin qəbulundan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə aid hər-hansı birbaşa və ya dolayı zərərli təsirini aşkar etməmişdir.
Hamiləlik
Ginkqo biloba ekstraktı trombositlərin birləşmə qabiliyyətinə mane ola bilər. Qanaxmaya meyillilik arta bilər. Heyvanlar üzərində tədqiqatlar reproduktiv toksikliyi müəyyən etmək üçün kifayət deyil. Hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Laktasiya dövrü
Ginkqo biloba metabolitlərinin ana südü ilə xaric olub olmadığı məlum deyil və yeni doğulmuşlar/körpələr üçün risk istisna edilmir. Ana südü ilə qidalandırma zamanı istifadəsinin təhlükəsizliyinə dair məlumatlar məhdud olduğundan, dərmanı laktasiya dövründə istifadə etmək tövsiyə edilmir.
Fertillik
Qinkqo bilobanın məhsuldarlığa təsirlərini qiymətləndirmək üçün insanlar üzərində aparılan tədqiqatlar olmamışdır. Dişi siçanlar üzərində aparılan tədqiqatlarda məhsuldarlığa təsir müəyyən edilmişdi.

Nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın avtomobil və ya digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumatlar yoxdur.

Bilobil forte istifadə qaydası və dozası

  • Daxilə, Kapsulları qida qəbulundan asılı olmayaraq, bütöv, müəyyən qədər su ilə içərək udmaq lazımdır.
  • Müxtəlif etiologiyalı dissirkulyator ensefalopatiya: 1 kapsul olmaqla gündə 2-3 dəfə.
  • Periferik qan dövranının və mikrosirkulyasiyanın pozulması (həmçinin, aşağı ətrafların arteriopatiyası), Reyno sindromu:
  • Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər və axşam)
  • Neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy, hipoakuziya); sarı ləkənin qocalıq degenerasiyası; diabetik retinopatiya: Böyüklər 1 kapsul olmaqla gündə 2 dəfə (səhər vəaxşam).
  • Yaxşılaşmanın ilk göstəriciləri adətən 1 aydan sonra yaranır. Müalicə kursu 3 aydan az olmamalıdır (xüsusən yaşlı xəstələr üçün). Təkrar müalicə kursu yalnız həkim konsultasiyasından sonra aparıla bilər.
  • 3 aydan sonra simptomatik yaxşılaşma olmadıqda və ya patoloji əlamətlər daha da pisləşirsə, həkim müalicənin davam etdirilməsinə zəmanət verildiyini yoxlamalıdır.

Əlavə təsirləri

Digər dərman vasitələri kimi, Bilobil forte ayrı-ayrı hallarda arzuolunmayan təsirlər törədə bilər.
Çox nadir hallarda (<1/10):
- baş ağrısı;
Bəzən (≥ 1/100 <1/10)
- ürəkbulanma
- ishal, qarında ağrı, ürəkbulanma, qusma
Тezliyi məlum deyil (əldə olan məlumatlar əsasında qiymətləndirilə bilməz)
- bəzi orqanlarda qanaxma (göz, burun, serebral, mədə-bağırsaq qanaxmaları)
- anafilaktik şok da daxil olmaqla, hiperhəssaslıq reaksiyaları
- dəri-allergik reaksiyaları (eritrema, ödem, qaşınma, səpgi)
Ağır əlavə təsirlər yarandıqda və ya bu istifadə üzrə təlimatda sadalanmayan təsirlər yarandığı
zaman, dərhal həkiminizə məlumat verin.

Doza həddinin aşılması

Bilobil forte dərman vasitəsinin doza həddinin aşılması barədə məlumat verilməmişdir. Qinkqo yarpaqlarının standartlaşdırılmış quru ekstraktı ilə zəhərlənmə barədə hesabat əldə olunmamışdır.

Buraxılış forması

10 kapsul, blisterdə. 2 blister (20 kapsul) istifadə üzrə təlimat ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır. Rütubətdən qorumaq üçün orijinal qablamada saxlanmaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sona istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

KRKA, d.d., Novo mesto, Sloveniya.
Azərbaycanda Nümayəndəlik
Xocalı Prospekti 55, AGA Biznes Mərkəzi.
Tel.: (+99412) 464 40 22/23; (+99450) 264 29 27.

Bilobil forte nə üçündür? 

  1. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  2. Kəllə-beyin və digər travmalarda istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow