Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - Açıqlama

Sep 6, 2025 - 09:31
 0
Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - Açıqlama
Bəh-bəhlə yeyilir, amma xərçəng yaradır - Açıqlama

Emal olunmuş qidalar xərçəng riskini artırır.

Doktorm.az xəbər verir ki, bunu onkoloq Prof. Dr. Türkan Öztürk Topçu deyib.

"Xüsusi qatqı maddəli hazır qidalar bağırsaq florasını zədələyərək immuniteti zəiflədir və xərçəngə yol açır".

Onkoloq bildirib ki, xərçəngin genetik səbəblərdən yaranma faizi çox aşağıdır. Xərçəng xəstəliyi əsasən həyat tərzi və qidalar səbəbindən yaranır.

"Xüsusilə sosis, kolbasa, sucuk, paketlənmiş çipslər, biskvit, şirniyyatlar, hazır souslar və dondurulmuş fast-food məhsullarının yüksək miqdarda duz, şəkər, yağ və qatqı maddəsi ehtiva edir. Bu məhsullar bağırsaq mikroflorasını pozaraq bədənin müdafiə sistemini zəiflədir".

Professor yoğurt və kefir, fermentləşdirilmiş məhsullar, təzə meyvə-tərəvəz, tam taxıllar və zeytun yağı yeməyi məsləhət görüb.

"Bu qidalar həm immuniteti gücləndirir, həm də hüceyrələrin özünü bərpa etmə gücünü artırır. İşlənmiş qidaların əvəzinə təbii məhsullar seçmək xərçəngə qarşı güclü qalxandır", - deyə onkoloq əlavə edib./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow