Acından ölən xərçəng...

Sep 9, 2025 - 10:41
 0
Acından ölən xərçəng...
Acından ölən xərçəng...

Beyin xərçəngi "ac qalanda" məhv olurmuş.

Doktorm.az xəbər verir ki, Miçiqan universitetinin alimləri aparılan araşdırmalar nəticəsində bu qənaətə gəliblər.

Məlum olub ki, beyin xərçənglərinin ən aqressiv növü sayılan glioblastoma hüceyrələri şəkərlə qidalanırmış. Belə ki, sağlam hüceyrələr enerjiyə çevirdiyi şəkəri sinir sisteminin fəaliyyətini qorumaq üçün istifadə edərkən, şiş hüceyrələri şəkəri yeni xərçəng hüceyrələri yaratmaq və çevrə toxumalara yayılmaq üçün yönəldir.

Araşdırmada həm heyvan modellərində, həm də insan xəstələrində metabolik fərqlər araşdırılıb.

Alimlər siçanlarda serin və glisin amin turşularını məhdudlaşdıran pəhriz tətbiq etdikdə, şişlərin böyüməsinin ləngidiyini və müalicəyə cavabın yaxşılaşdığını müşahidə ediblər.

Mütəxəssislər bildirirlər ki, bu xərçəng müalicəsində yeni imkanlar aça bilər. Onlar həmçinin qeyd edirlər ki, bu yanaşma yalnız xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqla qalmır, həm də mövcud müalicələrin effektivliyini artırmağa kömək edə bilər./milli.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow