Bakıda şadlıq sarayında 32 nəfər zəhərləndi - YENİLƏNİB

Apr 19, 2025 - 11:09
 0
Bakıda şadlıq sarayında 32 nəfər zəhərləndi - YENİLƏNİB
Bakıda şadlıq sarayında 32 nəfər zəhərləndi - YENİLƏNİB

Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Bu barədə Lent.az-a KTM-dən məlumat verilib.

Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.

TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow