"Taksidə iş tapa bilməyən gedir stomatoloq olur..." - Bloggerdən sərt REAKSİYA

Xəbər verdiyimiz kimi, blogger Ramal İsayev tanınmış diş həkimi Şamil Rzayevdən şikayətçidir.
Məsələ ilə əlaqədar olaraq Ajans.az R. İsayevlə əlaqə saxlayıb. O, Ajans.az-a bildirib ki, sözügedən həkim haqqında xeyli məlumat toplayıb:
“Biri deyir ki, mənə Şamil Rzayev elə bir şey edib ki, unuda bilmirəm. Hər kəsə vaxt ayırmışam. İnsanları qəbul edəcəm və onlarla danışacam. Bu gün onun düzəltdiyi dişə görə sağlamlığımda problem yaşayıram. İmplant qoyub, xəbərim olmadan implantı çıxardıb və sümük yeyilməsi yaranıb. Mən də aylardır gözləyirəm ki, nə vaxt diş qoyulacaq? Ona dedim ki, bəs, sən mənə niyə xəbər etməmisən ki, implantı çıxartmısan? Keçən dəfə Rəqsanə xanım da hekayə paylaşmışdı.
Yanına gedən də özü də görüb ki, dişlər tökülüb. Sən dişləri kleylə yapışdırırsan ki, yemək yeyəndə diş düşsün? O boyda xərc çəkirsən ki, dişlərində problem yaransın? Düzgün deyil. Onunla bağlı dəfələrlə məhkəməyə də şikayət edənlər olub. Nə qədər insanı məhv edib. 30-40 min aldığı adamlar var. Təzə sənədlərlə tanış olmuşam. Məhkəmə çıxışı var ki, mən implant həkimi deyiləm. Bəs, buna necə nəzarət olunur? Bu adamın təhsili var? Taksidə işi olmayan gedir stomatoloq olur”.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






