Badımcanın hansı faydaları və zərərləri var? - Mütəxəssis DANIŞDI

Apr 10, 2025 - 10:22
 0
Badımcanın hansı faydaları və zərərləri var? - Mütəxəssis DANIŞDI
Badımcanın hansı faydaları və zərərləri var? - Mütəxəssis DANIŞDI

"Badımcanın tərkibi bir çox vitamin və minerallarla zəngindir". 

Bu sözləri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, xüsusilə də tərkibindəki vitamin C, K, B6 və fol turşusunun olması sağlamlıq üçün əhəmiyyətli olduğunu göstərir:

"Badımcan həm də minerallardan maqnezium və kaliuamla zəngindir. Eyni zamanda, tərkibində bir çox antioksidant maddələr var. Bunlar isə öz növbəsində bir çox xəstəliklərin müalicəsinə və xəstəliklərin yaranmasının qarşısının alınmasına kömək edir. Həmçinin, badımcanın iltihab əleyhinə antimikrobial xüsusiyyətə malik olduğunu söyləyə bilərik".

Ekspert diqqətə çatdırıb ki, badımcan tərkibində olan antioksidant maddələrin və vitaminlərin çox olmasına görə bəzən müəyyən xəstəliklərin müalicəsi zamanı istifadə olunur:

"Lifli qida olduğu üçün həzm sisteminin və bağırsaqların sağlam işləməsində əvəzsiz rolu var. Bununla yanaşı, qan şəkərinin tənzimlənməsinə də badımcandan hazırlanan qidalar müsbət təsir edir. 

Az kalorili olması onu pəhriz saxlayanlar üçün də faydalı qidalardan birinə çevirir. Çünki təxminən 100 qram badımcanda 25 qram kalori olur. Onu yağda qızartdıqda və ya yanına əlavə qida məhsulları əlavə etdikdə isə kalori miqdarı arta bilir".

Lakin həmsöhbətimizin sözlərinə görə, parda və manqalda az bişməsi onu daha faydalı edir:

"Bu zaman tərkibindəki mineralların faydalılıq dəyəri də öz keyfiyyətini saxlayır. Ona görə də bu şəkildə istifadə etmək daha faydalı hesab olunur. Hətta badımcan ürək-damar xəstəlikləri zamanı da çox faydalıdır. 

Badımcanın tərkibindəki antioksidant maddələr bir çox hallarda xərçəng riskini azaltmaqla yanaşı, bu kimi xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Həmçinin, həm sinir sistemi üçün faydalıdır, həm də qəbzliyin qarşısını alır".

Məhsəti Hüseynova badımcanın zərərlərindən də söz açıb:

"Çox nadir hallarda badımcanın zərərləri ortaya çıxır. Burada fərdi həssaslıq xüsusi rol oynayır. Yəni allergiyası olan insanlarda badımcanın zərərləri ortaya çıxır. Burada fərdi həssaslıq xüsusi rol oynayır. Yəni allergiyası olan insanlarda badımcan yedikdən sonra qaşınma və yaxud da səpkilər kimi özünü göstərə bilər. Ümumi olaraq isə hər hansısa bir ciddi zərəri yoxdur. 

Lakin yaxşı bişməmiş, süni şəkildə yetişdirilmiş, habelə mövsümündə olmayan badımcanı istifadə etməyin mədə ağrısı, ürək bulanma və ya baş ağrısına səbəb olma ehtimalı var. Həmçinin, tərkibində oksalat olduğuna görə böyrək problemlərinə gətirib çıxara bilər. 

Bu səbəbdən də böyrəyində daş və ya kristallar olanlara badımcan yemək tövsiyə olunmur. Üstəlik, onu həddindən çox qəbul etdikdə böyrək daşının yaranmasına səbəb ola bilər. Ancaq ümumilikdə isə badımcanın hər hansısa zərəri yoxdur".//


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow