Afleksin istifadə qaydası
Afleksin artrit zamanı, artroz zamanı, yumşaq toxumaların zədələnmələri zamanı istifadə olunan preparatdır.

Afleksin haqqında məlumat
Afleksin qiyməti
Afleksin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Afleksin qiyməti 31 azn - 33 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Afleksin tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Qlükozamin sulfat (Glucosamine sulphate) ------500 mq
- Xondroitin sulfat (Chondroitin sulphate)--------- 400 mq
- Metilsulfonilmetan (Methylsulfonylmethane)-----375 mq
- 2-ci tip kollagen (Type II Collagen)-----------------40 mq
Xüsusiyyətləri
Qlükozamin sulfat – birləşdirici toxumanın-qığırdaq, sümük, vətər, bağ, sinovial maye və əzələlərin əsas struktur elementlərindən biridir. Qlükozamin sulfat – dağılmış qığırdaq toxumasını bərpa etməklə yanaşı, yeni qığırdaq toxumasının inkişafını da təmin edir. İltihab əleyhinə, ağrıkəsici təsir göstərərək, QSİƏP-ə tələbatı azaltmaqla yanaşı, onların oynaqlara toksiki təsirinin də qarşısını alır.
Xondroitin sulfat – qığırdaq və sinovial mayenin tərkibinə daxil olan əsas komponentlərdən biridir. Hialuron turşusunun sintezində iştirak edərək, qığırdaq, bağ və vətərlərin möhkəmliyini və elastikliyini təmin etməklə yanaşı, kalsiumun sümüklərdə toplanması və kalsium-fosfor mübadiləsində də iştirak edir.
Metilsulfonilmetan (MSM) – kükürd tərkibli təbii üzvi maddə olub, birləşdirici toxumanın, o cümlədən qığırdaq, sümük, vətər və bağların əsas struktur elementlərindən biridir.
2-ci tip Kollagen – xüsusilə çevik, möhkəm oynaqlar üçün vacibdir, qığırdaq toxumasının əmələ gəlməsini təşviq edir. Yaşla əlaqəli oynaq ağrılarının və müxtəlif artrit, revmatizm və digər oynaq xəstəliklərinin əlamətlərinin qarşısını alır.
İstifadə qaydası
1 tablet gündə 2 dəfə (yemək zamanı)
Göstərişləri
- Oynaqların degenerativ-distroik xəstəlikləri: osteoartroz, osteoartrit, periartrit
- Onurğanın degenerativ-distroik xəstəlikləri: osteoxondroz, spondilyoz
- Osteoparoz (həmçinin klimakterik dövrdə)
- Travmadan sonra oynaq və bağların zədələnmələri
- Oynaqlarda aparılan cərrahi əməliyyatdan sonra reabilitasiya dövrü
Afleksin nə üçündür?
- Artrit zamanı istifadə olunan dərmanlar
- Artroz zamanı istifadə olunan dərmanlar
- Yumşaq toxumaların zədələnmələri
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






