Vilprafen 500 mq istifadə qaydası necədir?
Vilprafen 500 mq - Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası zamanı, ağız boşluğu xəstəlikləri zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, böyrək və sidik yollarının iltihabında istifadə olunan preparatdır.

Vilprafen 500 mq haqqında məlumat
Vilprafen 500 mq qiyməti
Vilprafen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vilprafen 500 mq qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
VILPRAFEN
Tərkibi:
Djozamisin
Farmakoloji qrup:
Makrolidlərə aid antibiotik
Buraxılış forması:
500mq tablet
Farmakoloji xüsusiyyətləri:
Preparatdan bakterial infeksiyaların müalicəsində istifadə olunur. Digər makrolidlər kimi djozamisinin bakteriostatik təsiri bakteriya zülallarının sintezinin pozulması ilə bağlıdır. İltihab ocağında yüksək konsentrasiyalar yarandıqda bakterisid təsir göstərir. Djozamisin hüceyrədaxili mikroorqanizmlərə (Chlamydia trachomatis və Chlamydia pneumoniae, Mycoptasma pneumoniae, Mycoplasma hominis, Ureaplasma urealyticum, Legionella pneumophila), qrammüsbət bakteriyalara (Staphylococcus aureus, Streptococcus pyogenes və Streptococcus pneumoniae (pneumococcus), Corynebacterium diphteriae), qrammənfi bakteriyalara (Neisseria meningitidis, Neisseria gonorrhoeae, Haemophilus influenzae, Bordetella pertussis), həmçinin bəzi anaerob bakteriyalara (Peptococcus, Peptostreptococcus, Clostridium perfringens) qarşı yüksək dərəcədə aktivdir. Enterobakteriyalara zəif dərəcədə təsir göstərir. Buna görə də mədə-bağırsaq traktının təbii bakterial florasını az dərəcədə dəyişir. Eritromisinə qarşı rezistentlik zamanı effektlidir. Djozamisinə qarşı rezistentlik makrolidlər qrupundan olan digər antibiotiklərə nisbətən az hallarda inkişaf edir.
İstifadəsinə göstərişlər:
Preparata qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən kəskin və xroniki infeksiyalar, məsələn:
Yuxarı tənəffüs yollarının və LOR-orqanların infeksiyaları: Angina, faringit, paratonzilit, laringit, orta otit, sinusit, difteriya (difteriya anatoksini ilə müalicəyə əlavə olaraq), həmçinin penisillinə qarşı həssaslıq yüksəldikdə skarlatina.
Aşağı tənəffüs yollarının infeksiyaları: Kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya, (o cümlədən atipik törədicilər tərəfindən törədilən), göyöskürək, psittakoz.
Stomatoloji infeksiyalar: Gingivit və paradont xəstəlikləri.
Oftalmoloji infeksiyalar: Blefarit, dakriosistit.
Dəri örtüklərinin və yumşaq toxumaların infeksiyaları: Piodermiya, furunkulyoz, qara yara, qızılyel (penisillinə qarşı həssaslığın yüksəlməsi zamanı), sızanaqlar, limfangit, limfadenit, zöhrəvi limfoqranulema.
Sidik-cinsiyyət sisteminin infeksiyaları: Prostatit, uretrit, qonoreya, sifilis (penisillinə qarşı həssaslıq yüksəldikdə), xlamidiya, mikoplazma (o cümlədən ureaplazma və qarışıq infeksiyalar).
Əks göstərişlər:
- Makrolid-antibiotiklərə hiperhəssaslıq;
- Qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları.
Əlavə təsirləri:
Mədə-bağırsaq traktına: Nadir hallarda iştahanın itməsi, ürəkbulanma, qıcqırma, qusma, disbakterioz və diareya. Davamlı, ağır diareya zamanı antibiotiklərdən istifadə fonunda həyat üçün təhlükəli olan psevdomembranoz kolitin inkişafının mümkünlüyünü nəzərə almaq lazımdır.
Hiperhəssaslıq reaksiyaları: Çox nadir hallarda dəri allergik reaksiyaların (məsələn, məxmərək) inkişafı mümkündür.
Qaraciyər və ödçıxarıcı yollarda: Bəzi hallarda qan plazmasında qaraciyər fermentlərinin aktivliyinin tranzitor olaraq artması müşahidə olunur, nadir hallarda bu ödün axmasının pozulması və sarılıqla müşayiət olunur.
Eşitmə aparatına: Nadir hallarda eşitmənin dozadan asılı olan müvəqqəti pozğunluqları müşahidə olunur.
Digər əlavə təsirlər: Çox nadir hallarda-kandidoz.
İstifadə qaydası
14 yaşdan böyük uşaqlar və böyüklər üçün 1-2g sutkada 2-3 dəfə.
Vilprafen 500 mq nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Böyrək və sidik yollarının iltihabında istifadə olunan dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Bakterial xəstəliklər əleyhinə dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






