Serrasol tablet qiyməti və istifadə qaydası necədir?
Serrasol tablet - Ferment çatışmamazlığı zamanı, mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, mastopatiya zamanı, tromboflebit zamanı istifadə olunan preparatdır.

Serrasol tablet haqqında məlumat
Serrasol tablet qiyməti
Serrasol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Serrasol tablet qiyməti 33 azn - 36 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Serrasol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Serratopeptidaza - 120000 BV
- Nattokinaza - 700 BV
- Pankreatin - 170 mq
- Lipaza - 6500 BV
- Proteaza - 400 BV
- Amilaza - 5500 BV
- Bromelain - 150 mq
- Pepsin - 2000 BV
- Adi şüyüd toxumu ekstraktı - 20 mq
- Tripsin - 10 mq
Göstərişləri
- Mədəaltı və zinekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə: xroniki pankreatit, mukovissidoz
- Mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
- Mədəaltı vəzin xərçəngində, pankreatik və yaxud ümumi öd axarının obstruksiyası (məs: şiş nəticəsində)
- Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
- Ürəyin xroniki işemik xəstəlikləri, arteriya və venaların immunopatoloji iltihabi xəstəlikləri, ətraf arteriyalarının aterosklerozu, arteriyalarınemboliyası, trombozu flebit, tromboflebit, postflebitik sindrom, limfa durğunluğu;
- Yuxarı və aşagı tənəffüs yollarının müxtəlif mənşəli kəskin infeksiyaları, xroniki bronxit, pnevmoniya, plevrit.
- Dermatit, akne, iltihabi dəri xəstəlikləri.
- Müxtəlif lokalizasiyalı sidik çıxarıcıyol infeksiyaları,kəskin və xroniki tubulointerstisialnefrit
- Qadınlarda kiçik çanaq orqanlarının müxtəlif mənşəli iltihabi xəstəlikləri: salpingit, ooforit, turboovarialabses.
- Sidik-cinsiyyət orqanlarının iltihabi xəstəlikləri: sistit, uretrit, pielonefrit.
- Diffuz kistoz mastopatiya;
- Müxtəlif mənşəli travmalar
- Onkoloji xəstəliklərdə kimya terapiyası zamanı
- Cərrahi praktikada spaykaların (bitişmələr) əridilməsi məqsədilə
Əks göstərişləri
Preparatın hər hansı komponentinə qarşı həssaslıq.
İstifadə qaydası
14 yaşdan yuxarı: 1 kapsul gündə 1-2 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir.
Buraxılış forması
Kapsul №30 (3x10)
Rəsmi distributor
SOLVEY PHARMA
Serrasol tablet nə üçündür?
- Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
- Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
- Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
- Mastopatiya zamanı istifadə olunan dərmanlar
- Tromboflebit zamanı istifadə olunan dərmanlar
- Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






