Risinol sirop istifadə qaydası necədir?

Risinol sirop - Qəbzlik zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Nov 22, 2024 - 15:38
 0
Risinol sirop istifadə qaydası necədir?
Risinol sirop

Risinol sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Risinol sirop qiyməti

Risinol sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Risinol sirop qiyməti 17 azn - 20 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Risinol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

Laktuloza - 30%

Köməkçi maddələr : Sorbitol.

İstifadəyə dair təlimat :

LACTULOSE (Lactulosum). Laktuloza sintetik disaxaridlərə aiddir. Peroral qəbul edildikdə, mədə-bağırsaq traktından sorulmur . Bağırsaqlarda peristaltikanı stimullaşdırır və qəbiz-liyi aradan qaldırır. Bundan əlavə, yoğun bağırsaqda parçalanaraq hidro-gen ionlarını sərbəst buraxır, sərbəst ammiakı bağlayır. Ammonyakın qandan bağırsaqlara yayılmasını artırır və ammonyakın bədəndən xaric olunmasına kömək edir. Yoğun bağırsaqda laktuloza bifidobakterilərin çoxalmasını sürətləndirir. Lakto və bifidobakterilər laktulozanı müxtəlif turşulara (süd, sirkə və qarışqa turşulara) çevirir. Bu turşular isə yoğun bağırsaqda suyu saxlayır , nəticədə nəcis kütləsinin həcmi böyüyür, bağırsaqların hərəkətliyini artırır və bu da öz növbəsində işlədici effekt verir .Laktuloza, xroniki qəbizlik həmçinin qaraciyər ensefalopatiya-sında (qaraciyər koması və prekomatoz vəziyyət), xroniki qaraciyər xəs-təlikləri olan xəstələrdə istifadə olunur.

Göstərişlər:

• Qəbizlik, bağırsaqların fizioloji ritminin normallaşması
• Qastrointestinal,urogenital infeksiyalar
• Antibiotikoterapiyadan sonra bağırsaq mikroflorasının korreksiyası məqsədi ilə
• Tibbi məqsədlə nəcisin yumşaldılması (hemorroidal düyünlər, yoğun bağırsaqda və anal ətrafında aparılan cərrahi əməliyyatlar,cərrahi əməliyyatlardan sonrakı dövr)
• Hiperlipidemiya, Öd kisədə xolesterin daşlarının əmələ gəlməsinin qarşısını almaq üçün
• Hepatorenal sindrom
• Qaraciyər ensefalopatiyası (qaraciyər koması və prekomatoz vəziyyət), xroniki qaraciyər xəstəlikləri

İstifadə qaydası:

Böyüklər 10ml gündə 3 dəfə yemək zaman qaraciyər xəstəlikləri zamanı gündə 3 dəfə 15 - 45 ml arasında (1-3 yemək qaşığı). Uşaqlarda 1 kq bədən çəkisi üçün 0,5 - 1,0 ml (səhər) təyin edilir.

Əks göstəriş:

Hər hansı bir komponentə qarşı hiperhəssaslıq.

Xüsusi qeyd : 

Hamilələrə və 7 yaşa qədər uşaqlara həkim məsləhəti ilə istifadə olunsun.

Buraxılış forması: 

125 ml sirop

İstehsalçı ölkə: 

“NPL “FİTOPRODUKT” Ukrayna

Risinol sirop nə üçündür?

  1. Qəbzlik zamanı istifadə olunan dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow