Prolaks sirop nə üçündür?

Prolaks sirop - Disbakterioz zamanı, qəbzlik zamanı, babasil zamanı, kolit zamanı istifadə olunan preparatdır.

Sep 24, 2024 - 17:16
 0
Prolaks sirop nə üçündür?
Prolaks sirop

Prolaks sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prolaks sirop qiyməti

Prolaks şərbət qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prolaks sirop qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prolaks qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Bağırsaq fəaliyyətini yaxşılaşdıran köməkçi vasitə

Tərkibi:

Şişyarpaq səna (Cassia acutifolia) yarpağının duru ekstraktı – 13,8 ml; işlədici murdarça (Rhamnus cathartica) qabığının duru ekstraktı – 10,12 ml; adi zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı – 6,9 ml; adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,06 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 5,06 ml; iri bağayarpağı (Plantago major) toxumunun duru ekstraktı – 5,06 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadə sahəsi və əsas göstərişlər:

Bağırsaq fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ

İstifadə qaydası:

18 yaşdan yuxarı şəxslərə qəbizliyin yüngül formasında 1 xörək qaşığından gündə 2 dəfə, ağır hallarda 1-2 xörək qaşığından gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. 2 həftədən artıq istifadəsi tövsiyə olunmur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məslə­həti ilə qəbul edə bilər.

Əks göstərişlər: 

Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 

25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 

3 il.

Buraxılış forması: 

100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Prolaks sirop nə üçündür?

  1. Disbakterioz zamanı istifadə olunan dərmanlar
  2. Qəbzlik zamanı istifadə olunan dərmanlar
  3. Babasil zamanı istifadə olunan dərmanlar
  4. Kolit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow