Ornovin tablet nə üçündür? qiyməti və tərkibi haqqında məlumat
Ornovin tablet - Kəllə-beyin və digər travmalar zamanı, yuxu pozğunluğu zamanı, beyin qan dövranı pozğunluğunda, aritmiya zamanı, hipertoniya zamanı, ateroskleroz zamanı, parkinson xəstəliyində istifadə olunan preparatdır.
![Ornovin tablet nə üçündür? qiyməti və tərkibi haqqında məlumat](https://doktorm.az/uploads/images/202410/image_830x_6703ac4feb863.webp)
Ornovin tablet haqqında məlumat
Ornovin tablet qiyməti
Ornovin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ornovin tablet qiyməti 34 azn - 37 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ornovin dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
Fosfatidilserin 20% (Phosphatidylserine 20%) – 100 mq
Fosfatidilxolin 30% (Phosphatidylcholine 30%) – 100 mq
Ginkqo quru ekstraktı 3% ümumi ginkoflavonoidlər (Ginkgo dry extract 3% total ginkgoflavonoids) – 80 mq
Dimetilqlisin (Dimethylglycine) – 100 mq
Vitamin B1 (Tiamin hidroxlorid kimi (as Thiamine hydrochloride)) – 1,1 mq
Vitamin B2 (Riboflavin (Riboflavin)) – 1,4 mq
Vitamin B6 (Piridoksin hidroxlorid kimi (as Pyridoxine hydrochloride)) – 1,4 mq
Vitamin B12 (Sianokobalamin (Cyanocobalamine)) – 0,0025 mq
Fol turşusu (Pteroilmonoqlütamin turşusu) (Folic acid (Pteroylmonoglutamic acid)) – 0,20 mq
Mio-İnozitol (Myo-Inositol) – 100 mq
KÖMƏKÇİ MADDƏLƏR:
Bitki mənşəli maqnezium stearat (Vegetal magnesium stearate), Silisium dioksid (Silica), Mikrokristal sellüloza (Microcrystalline cellulose), Polivinilpolipirolidon (PVP), İki əsaslı kalsium fosfat (Dibasic calcium phosphate), Hidroksipropil sellüloza (Hydroxypropyl cellulose).
Parladıcı maddələr (Glazing agents): Şellak (Shellac (E 904)), Hidroksipropil metil sellüloza (Hydroxypropyl methyl cellulose (E 464)), Talk (Talc (E 553b)), Kalsium karbonat (Calcium carbonate (E 170)), Polietilenqlikol (Polyethylene glycol (E 1521)), Sarı dəmir oksid (Yellow iron oxide ( 172)).
BURAXILIŞ FORMASI:
Tablet.
QABLAŞDIRMA FORMASI:
30 (3×10) blisterdə, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Beynin funksional vəziyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: 1 tablet gündə 1 dəfə.
ƏKS GÖSTƏRİŞLƏR:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq, 18 yaşa qədər şəxslər, hamiləlik və laktasiya dövrü.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yuxarı olmayan temperaturda, quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)
Ornovin tablet nə üçündür?
- Kəllə-beyin və digər travmalar
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
- Aritmiya zamanı istifadə olunan dərmanlar
- Hipertoniya zamanı istifadə olunan dərmanlar
- Ateroskleroz zamanı istifadə olunan dərmanlar
- Parkinson xəstəliyində istifadə olunan dərmanlar
- İnsult zamanı istifadə olunan dərmanlar
- Qan dövranının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Miokard infarktı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)