Ornaklin şam qiyməti və istifadə qaydası necədir?

Ornaklin şam - Bakterial xəstəliklər zamanı, qadın çanaq orqanlarının iltihabı xəstəliklərində, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün istifadə olunan preparatdır.

Oct 8, 2024 - 11:10
 0
Ornaklin şam qiyməti və istifadə qaydası necədir?
Ornaklin şam

Ornaklin şam haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ornaklin şam qiyməti

Ornaklin şam qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ornaklin şam qiyməti 31 azn - 34 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ornaklin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

ORNAKLİN     vaginal şamlar

ORNAKLIN 

Beynəlxalq patentləşdirilməmiş adi: Clindamycin 

Tərkibi

Təsiredici maddə:   1 şamın  tərkibində  100 mq  klindamisinə  ekvivalent miqdarda  klindamisin fosfat vardır.

Köməkçi maddələr: bərk yağ.

Təsviri

Ağ və ya ağımtıl rəngli şamlardır.

Farmakoterapevtik qrupu

Ginekoloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş antibakterial dərman vasitəsi. Antibiotik.

ATC kodu: G01AA10.

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Klindamisin bakteriya hüceyrəsində  ribosomal membranın  50S subvahidi səviyyəsində rabitəni qırmaqla hüceyrə daxili zülal sintezini tormozlayaraq bakteriostatik təsir göstərir.Yüksək konsentrasiya topladıqda bakteriosid təsir göstərir. Klindamisin qram müsbət mikroorqanizmlərə qarşı yüksək həssaslığa malikdir: aerob koklar Staphylococcus aureus, Staphylococcus epidermidis, penisillinaza sintez edən ştammlar, Streptococcus spp;aerob sporəmələgətirməyən bakteriyalar; aerobsporəmələ gətirən bakteriyalar –Bacillus anthracis. Bəzi qrammənfi mikroorqanizmlərə də qarşı yüksək həssaslığa malıkdir:-anerob sporəmələgətirənlər – Bacteroides spp; Fusobacterium spp, Mycoplasma spp. Sporəmələgətirməyən aneroblara linkomisinlə müqayisədə 2-10 dəfə daha güclü təsir göstərir. Klindamisin bakterial vaginozun törədicilərinə qarşı yüksək həssaslığa malikdir: – Gardnerella vaginalis, Mobiluncus spp, Peptosteptococcus spp. 

Farmakokinetikası

100 mq klindamisin şam birdəfəlik doza uşaqlıq yoluna yeridildikdən sonra 4%-i qana sorulur. 3 gün ərzində mütəmadi olaraq bir dəfəlik dozanın qəbulu zamanı preparatın qana sorulması təqribən 30% (6-70%) təşkil edir. Qana sorulmuş dozanın 90%-i plazma zülalları ilə birləşır. C max 20 nq/ml təşkil edir. HEB-i çox zəif keçir. Plasentar baryeri və hüceyrə baryerini keçir və dölün qan dövranına daxıl olur. T1/2 — 11 saat təşkil edir. Qaraciyərdə metobolizmə uğrayır, 10%-i böyrəklərdən aktiv və qeyri aktiv formada, 4%-i nəcis vasitəsi ilə 96 saat müddətində xarıc olunur.

İstifadəsinə göstərişlər

Vaginal  infeksion-bakterial xəstəliklər.

Əks göstərişlər

  • Klindamisinə (eləcə də linkomisinə) qarşı yüksək həssaslıq;
  • Antibiotiklərin istifadəsi ilə əlaqədar olaraq əvvəllər baş vermiş və ya hazırda mövcud olan kolit;
  • 18 yaşına qədər uşaqlarda istifadəsi.

Xüsusi göstərişləri və ehtiyat tədbirləri

Aşağıdakı  hallarda  preparatı  ehtiyatla  istifadə  etmək  lazımdır:

  • ishal və ya antibiotiklərin qəbulundan sonra baş verən ishal;
  • anamnezdə Kron xəstəliyi, xoralı kolit kimi  bağırsaqların iltihabi xəstəlikləri olduqda ;

Preparatın  istifadəsindən  sonra  sizdə  kəskin, uzunmüddətli  və ya qanlı ishal  yarandıqda dərhal  həkimə müraciət etmək lazımdır, çünki əlamətlərin davam etdiyi hallarda müalicənin dayandırılması göstərişi ola  bilər. Yuxarıda qeyd edilən simptomlar, antibiotiklərlə müalicə zamanı yaranan  bağırsaq iltihabının (psevdomembranoz  kolit) əlaməti ola bilər.

Preparatın təyinindən öncə vulvovaginitin səbəbinin Trichomonas vaginalis, Chlamydia trachomatis, Neisseria gonorrhoeae, Candida albicans, Herpes simplex virus olmasını müvafiq laborator metodlardan istifadə etməklə istisna etmək lazımdır.

Aşağıdakı  hallarda  preparatı  istifadə  etməzdən  əvvəl  həkimlə  məsləhətləşmək  lazımdır:

  • Böyrək, qaraciyər və immun  sisteminin fəaliyyətinin  pozulduğu hallar;
  • 18 yaşa qədər və ya 65 yaşdan yuxarı şəxslər (Ornaklin vaginal şamlarının uşaqlarda istifadəsi məsləhət görülmür);
  • Bütün vaginal infeksiyaların müalicəsi zamanı cinsi əlaqədə olmaq məsləhət görülmür. Ornaklin şamları prezervativ (qorunma vasitəsi) və kontraseptiv diafraqmaların (hamiləlik əleyhinə qapaq) funksiyalarını zəiflədir. Bu səbəbə görə müalicədən 72 saat keçmədiyi halda, prezervativ və kontraseptiv diafraqmalara güvənmək olmaz.

Ornaklin  preparatı ilə müalicə zamanı tampon və duş kimi (vaginal yuyunma) digər vaginal  vasitələrin istifadəsi  məsləhət görülmür.

Ornaklin  preparatını menstruasiya zamanı istifadə etmək tövsiyə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Xəstə preparatı istifadə etməzdən əvvəl hazırda, əvvəl qəbul etdiyi və ya qəbul edəcəyi (o cümlədən, reseptsiz buraxılan) dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat verilməlidir. Əzələ tonusunu azaldan dərman vasitələri qəbul edirsinizsə, həkiminizə məlumat verilməlidir. Ornaklin istifadə zamanı bu preparatların  təsirini gücləndirə  bilər.

Varfarin və  ya ona oxşar (qan laxtalanmasını azaldan dərman vasitələri) preparatlarla eyni vaxtda istifadə edildikdə, qanaxma riski arta bilər. Həkim müntəzəm olaraq qan testlərini və qanın laxtalanmasını nəzarət altında  saxlamalıdır.

İntravaginal istifadə edilən digər dərman preparatları ilə eyni vaxtda təyin etmək məsləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin ilk trimestri  zamanı preparatın  istifadəsinin  təhlükəsizliyi  barədə  kifayət  qədər  məlumat  olmadığı  üçün istifadəsi  məsləhət görülmür.

Hamiləliyin II və II trimestrində istifadə zamanı döldə anadangəlmə inkişaf qüsurlarının tezliyinin artması müşahidə edilməmişdir. Hamiləliyin II trimestrində 7 gün ərzində istifadə zamanı 1,1% qadında anomal doğuş müşahidə olunmuşdur (plasebo qrupunda 0,5%).

Hamiləlik  və  ya  hamiləliyin ehtimal olunması zamanı preparatın qəbulu haqqında həkimə məlumat vermək  lazımdır.

Hamiləlik  dövründə  preparatın istifadəsi yalnız həkim məsləhəti  ilə  mümkündür.

Preparat  ana  südünə  nüfuz  edə  bilər, bu  səbəbə  görə  preparatı  istifadə  etməzdən  əvvəl  həkimlə  məsləhətləşmək  lazımdır. Körpənin  ana  südü  ilə  təsiredici  maddənin  çox  miqdarda  qəbul  etməsi  az  ehtimal  edilir, lakin  südəmər  körpədə  qanlı  ishal  və  ya  zəiflik  simptomları  müşahidə  edildikdə, həkimə  müraciət  etmək  və  ana südü ilə  qidalandırmanı  dayandırmaq  lazımdır.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər xüsusi diqqət tələb edən mexanizmləri idarəetmə qabiliyyətinə  mənfi  təsir  etmir.

İstifadə qaydası və dozası

Preparatı  ciddi  olaraq  həkim  təyinatı  ilə  istifadə  etmək  lazımdır.

Preparatın  qəbulu  ilə  bağlı  şübhə  olduqda  həkimə  və ya  əczaçıya müraciət  etmək  lazımdır.

Şamları  istifadə  etməzdən  əvvəl, onların saxlanma  temperaturuna diqqət etmək  lazımdır, belə  ki, yüksək temperatur  onların  yumşalmasına  və  deformasiyaya uğramasına   səbəb  ola  bilər.

Məsləhət görülən  doza

3-6 gün  müddətində  yatmazdan  əvvəl  hər gün 1 şam  istifadə  edilir. Şamı  uşaqlıq  yoluna  dərinə  yeritmək  lazımdır.  Şam  yeridildikdən  sonra  tədricən  əriyir  və  sorulur.

İstifadə  qaydası

  • Şamı polivinilxlorid folqadan ayırmaq;
  • Səliqəli şəkildə, mümkün qədər  dərinə  və  diskomfort  hiss  etmədən  uşaqlıq  yoluna  yeritmək.

Şamları  istifadə  etdikdən  sonra  əlləri  həmişə  yumaq  lazımdır.

Şamları  eyni  vaxtda  istifadə  etmək  məsləhət  görülür.

Növbəti  qəbulun  vaxtı  yaxınlaşdığı  halda  istifadə  etmək  olmaz. Növbəti  dozanı  öz  vaxtında  qəbul  etmək  lazımdır.

Şamı  təsadüfən  daxilə  qəbul  etdikdə, həkimə  müraciət  etmək  lazımdır. Bu  zaman  şamın  orqanizmə  zərər  gətirəcəyi  ehtimal edilmir, lakin ehtimal olunacaq hər hansı bir hal baş verməsinin qarşısını almaq məqsədi ilə həkim məlumatlandırılmalıdır.

Əlavə təsirləri

Bütün  digər  preparatlar  kimi  Ornaklin  preparatının  da  istifadəsi  zamanı  əlavə  təsirlər  baş  verə  bilər. Lakin  bu  təsirlər  hamıda  baş  verməyə  bilər.

Aşağıdakı  hallarda  dərhal  həkimə  müraciət  etmək  lazımdır:

  • Mədə ağrısı və  qızdırma  ilə  müşayiət  olunan  ağır, güclü  və  ya  qanlı  ishal. Bu, bəzən  rast  gəlinən  əlavə  təsir  olub, antibiotiklərlə  müalicə  zamanı  inkişaf  edir  və  ciddi  bağırsaq  iltihabının  əlaməti  hesab  edilir.
  • Ağır allergik və  ya  dəri  reaksiyaları. Bu  reaksiyalar  çox  nadir  əlavə  təsirlərə  aiddir.

Tez-tez baş  verən  əlavə  təsirlər (10 pasiyentdən  1-də): vaginal maya infeksiyası, vaginal və  genital  nahiyədə  baş  verə  bilən  pozuntular, vaginal  ağrı.

Bəzən baş verən əlavə təsirlər (100 pasiyentdən  1-də): mədə  sancısı, mədə  ağrısı, diareya,  ürəkbulanma, qusma, yeridilmə  nahiyəsində  ağrı  və  şişkinlik, sidik ifrazı  zamanı  ağrı, sidik  yollarının  infeksiyası, qızdırma, başağrısı, əzələ  ağrısı, göbələk  infeksiyası, vaginal  ifrazat, menstrual  problemlər, qaşınma, səpgi.

Çox  nadir  hallarda baş  verən  əlavə  təsirlər (10000 pasiyentdən 1-də): vaginal  və  servikal nahiyədə və ya uşaqlıq boynunda qıcıqlanma, leykositlərin  və ya  trombositlərin  miqdarının  azalması. Leykositlərin və ya  trombositlərin  miqdarının  əhəmiyyətsiz  miqdarda  azalması  baş  verdiyi hallarda bu  simptomlar  təzahür  etməyə  bilər. Leykositlərin  daha  çox  azalması  zamanı  insan  orqanizminin  infeksiyalara  yoluxması  ehtimalı  artır. Yorğunluq  və  qızdırma kimi simptomlar  baş  verə  bilər. Trombositlərin  səviyyəsinin  daha  çox  azalması, qanaxma  və  qançırlara  səbəb  ola  bilər.

Dərinin  və  ya  gözün  saralması. Tənəffüsün  çətinləşməsinə  və  başgicəllənməyə  səbəb  olan  ciddi  allergik  reaksiyalar. Suluqlu və ya  suluqsuz  ağır  səpgi, dərinin  laylanması.

İçlik  vərəqədə qeyd  edilməyən  hər  hansı  əlavə  təsir  baş  verdikdə, həkimə  və  ya  əczaçıya  müraciət  etmək  lazımdır.

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı həkimə müraciət etmək lazımdır.

Həkimin təyin etdiyi dozadan artıq istifadə etmək olmaz.

Buraxılış forması

6 vaginal şam, polivinilxlorid qablaşdırmada. 1 PVX qablaşdırma içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.

Saxlanma şəraiti

250С-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Dərman vasitələrini məişət tullantılarına və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə olunmayan preparatın qalıqlarını atmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Fulton Medicinali S.p.A.

Via Marconi 28/9, 20044 Arese, Milan-İtaly.

Qeydiyyat vəsiqəsinin sahibi

Ornado Medicine LLP.

Office 11, 43 Bedford Street, London, WC2E 9HA – Great Britain.

Məhsulun və əmtəə nişanının sahibi

Ornado Medicine LLP.

Office 11, 43 Bedford Street, London, WC2E 9HA – Great Britain.

Ornaklin şam nə üçündür?

  1. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan dərmanlar
  2. Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
  3. Bakterial xəstəliklər əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow