Ornaflu qiyməti və əks göstərişləri necədir?
Ornaflu - Ağız boşluğu xəstəlikləri zamanı, saç, dıqnaq xəstəlikləri zamanı, göbələk mənşəli səpkilərdə, dəri infeksiyaları zamanı, cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün istifadə olunan preparatdır.

Ornaflu haqqında məlumat
- Ornaflu qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
- Əmtəə nişanının və qeydiyyat vəsiqəsinin sahibi:
- Ornaflu nə üçündür?
Ornaflu qiyməti
Ornaflu qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ornaflu 150 mg qiyməti 8 azn - 10 azn, Ornaflu 200 mg 34 azn - 37 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ornaflu kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
ORNAFLU dərman forması
Beynəlxalq patentləşdirilməmiş adı: Fluconazole
Tərkibi
Təsiredici maddə: Hər kapsulda 150 mq və ya 200 mq flukonazol var.
Köməkçi maddələr: Kapsulun tərkibi: laktoza monohidrat, jelatinləşdirilmiş qarğıdalı nişastası, susuz koloidal silisium oksidi, maqnezium stearat, natrium lauril sulfat.
Kapsul qabığı: jelatin, titan dioksid (E171), sarı dəmir oksidi (E172) (yalnız 100 mq kapsullar üçün).
Təsviri
Ornaflu 100 mq: oval, sarı rəngli sərt kapsullar.
Ornaflu 150 mq: oval, ağ rəngli sərt kapsullar.
Ornaflu 200 mq: oval, ağ rəngli sərt kapsullar.
Farmakoterapevtik qrupu
Аntifunqal preparat.
ATC kodu: J02AC01
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Antifunqal preparat, triazol törəməsi, göbələk hüceyrəsində sterol sintezinin güclü seçici inhibitorudur. Flukonazol aşağıdakı mikroorqanizmlərin əksəriyyətinə qarşı in vitro və klinik infeksiyalarda aktivdir: Candida albicans, Candida glabrata (bir çox ştammlar orta dərəcədə həssasdır), Candida parapsilosis, Candida tropicalis, Cryptococcus neoformans.
Flukonazolun aşağıdakı mikroorqanizmlərə qarşı in vitro aktivliyi göstərilmişdir, lakin onun klinik əhəmiyyəti məlum deyil: Candida dubliniensis, Candida guilliermondii, Candida kefyr, Candida lusitaniae.
Flukonazol sitoxrom P450-dən asılı olan göbələk fermentləri üçün yüksək spesifikliyə malikdir. 28 günə qədər gündə 50 mq dozada flukonazol ilə terapiya kişilərdə qan plazmasında testosteronun konsentrasiyasına və ya reproduktiv yaşda olan qadınlarda steroidlərin konsentrasiyasına təsir göstərmir. Flukonazolun gündə 200-400 mq dozada qəbulu sağlam kişi könüllülərdə endogen steroidlərin səviyyəsinə və onların ACTH stimulyasiyasına klinik cəhətdən əhəmiyyətli təsir göstərmir.
Farmakokinetikası
Flukonazolun farmakokinetikası venadaxili yeridildikdə və per oral qəbul edildikdə oxşardır.
Per oral qəbul edildikdən sonra flukonazol yaxşı sorulur, venadaxili yeridildikdə onun plazma səviyyəsi flukonazolun plazma səviyyəsinin 90%-ni keçir. Per oral qəbul edildikdə qidanın eyni vaxtda qəbulu onun absorbsiyasına təsir göstərmir. Cmax qəbul edildikdən 0,5-1,5 saat sonra əldə edilir. Plazma konsentrasiyası dozaya mütənasibdir. Plazma zülalları ilə birləşməsi zəifdir (11-12%). Flukonazol bütün bədən mayelərinə yaxşı nüfuz edir. Tüpürcəkdə və bəlğəmdə flukonazolun səviyyəsi onun plazma konsentrasiyasına oxşardır. Kriptokokk meningiti olan xəstələrdə serebrospinal mayedə flukonazolun səviyyəsi onun plazma səviyyəsinin təxminən 80%-ni təşkil edir. Buynuz qişada, epidermis-dermisdə və tər mayesində plazma səviyyələrini aşan yüksək konsentrasiyalar əldə edilir. Gündə 1 dəfə 50 mq dozada qəbul edildikdə, 12 gündən sonra flukonazolun konsentrasiyası 73 mkq/q, müalicəni dayandırdıqdan 7 gün sonra – cəmi 5,8 mkq/q idi. Dırnaqlarda flukonazolun konsentrasiyası həftədə 1 dəfə 150 mq dozada qəbulu zamanı 4 aylıq istifadədən sonra sağlam dırnaqlarda 4,05 µq/q, zədələnmiş dırnaqlarda isə 1,8 µq/q idi; Terapiya başa çatdıqdan 6 ay sonra dırnaqlarda flukonazol hələ də aşkar edilmişdir. Flukonazol əsasən böyrəklər vasitəsilə xaric olunur; Tətbiq olunan dozanın təxminən 80% -i sidikdə dəyişməz olaraq tapılır. Qan plazmasından uzun yarımatılma dövrünə (T1/2) malikdir, vaginal kandidozun müalicəsi üçün həftədə 1 dəfə qəbul etməyə imkan verir.
İstifadəsinə göstərişlər
Böyüklər
– Kriptokokk meningit – baş beyinin göbələk infeksiyası;
– Koksidioidomikoz – bronx-ağciyər sisteminin göbələk infeksiyası;
– Qanda, daxili orqanlarda (məsələn, ürək, ağciyərlər) və ya sidik yollarında aşkar edilən Candida mənşəli infeksiyalar;
– Selikli qişaların göbələk infeksiyası – ağız boşluğunun selikli qişasını, boğazı və protez istifadə edən şəxslərdə ağız boşluğunu zədələyən infeksiya;
– Genital göbələk infeksiyası – vaginanın və ya cinsiyyət orqanının infeksiyası;
– Dəri infeksiyaları – məs., pəncənin epidermofitiyası, dəmrov, idmançılarda qaşınma, dırnaq infeksiyası.
Uşaqlar və yeniyetmələr (0-17 yaş)
– Selikli qişaların göbələk infeksiyası – ağız boşluğunun və boğazın selikli qişasını zədələyən infeksiya;
– Qanda, daxili orqanlarda (məsələn, ürək, ağciyərlər) və ya sidik yollarında aşkar edilən Candida mənşəli infeksiyalar;
– Kriptokokk meningit – baş beyinin göbələk infeksiyası.
Əks göstərişlər
– flukonazola və ya bu preparatın hər hansı digər tərkib komponentlərinə qarşı və ya göbələk infeksiyalarını müalicə etmək üçün qəbul edilən digər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa;
– astemizol, terfenadin qəbulu;
– sisaprid qəbulu;
– pimozid qəbulu;
– xinidin qəbulu;
– eritromisin qəbulu;
– əgər hamiləlik varsa və ya körpəni ana südü ilə qidalandırırsınızsa, hamilə olduğunuzu və ya uşaq sahibi olmağı planlaşdırdığınızı düşünürsünüzsə. Bu dərmanı qəbul etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Böyrəküstü vəzinin kortizol (xroniki yorğunluq, əzələ zəifliyi, iştahsızlıq, çəki itkisi, qarın ağrısı) kimi müəyyən steroid hormonları adekvat miqdarda sintez etmədiyi “böyrəküstü vəzi çatışmazlığı” əlamətləri yaranırsa.
Həkiminizə deyin:
– qaraciyər və ya böyrək problemləri varsa;
– ürək xəstəliklərindən, o cümlədən ürək ritmində pozulmalar varsa;
– qanda anormal kalium, kalsium və ya maqnezium səviyyələri varsa;
– şiddətli dəri reaksiyalarının inkişafı (qaşınma, dərinin qızarması və ya nəfəs almada çətinlik).
Uşaqlar və yeniyetmələr
0 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələrdə ORNAFLU-nun istifadəsi üçün xüsusi xəbərdarlıq və ehtiyat tədbirləri yoxdur.
ORNAFLU kapsulunun tərkibində az miqdarda laktoza monohidrat var. Əgər həkiminiz bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz olduğunu bildiribsə, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.
Əgər ORNAFLU qəbul etməyi unutmusunuzsa:
Dərmanı qəbul etməyi unutsanız, lakin bir müddət sonra xatırlayırsınızsa, növbəti kapsulu mümkün qədər tez qəbul edin. Əgər növbəti dozanızın vaxtı çatırsa, qaçırdığınız dozanı qəbul etməyin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
ORNAFLU qəbul etməyi dayandırsanız:
Bu dərmanın istifadəsi ilə bağlı əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Astemizol, terfenadin, sisaprid, xinidin və ya eritromisin qəbul edirsinizsə dərhal həkiminizə bildirin, çünki bu preparatlar ORNAFLU ilə birgə qəbul edilməməlidir.
ORNAFLU ilə qarşılıqlı təsir göstərə bilən bəzi dərmanlar var. Əgər siz ORNAFLU ilə yanaşı aşağıdakı dərmanlardan hər hansı birini qəbul edirsinizsə, həkiminizə və ya əczaçıya bildirin:
– rifampisin və ya rifabutin (bakterial infeksiyaların müalicəsi üçün antibiotiklər);
– alfentanil, fentanil (anestetik);
– amitriptilin, nortriptilin (antidepresanlar);
– amfoterisin B, vorikonazol (göbələk əleyhinə);
– trombun əmələ gəlməsinin qarşısını almaq üçün istifadə edilən qanı durulaşdırıcı dərmanlar (varfarin və ya oxşar dərmanlar);
– benzodiazepinlər (midazolam, triazolam və ya oxşar dərmanlar);
– karbamazepin, fenitoin (epilepsiya tutmalarının müalicəsində istifadə olunur);
– nifedipin, isradipin, amlodipin, felodipin və losartan (hipertoniyanın müalicəsində istifadə olunur);
– siklosporin, everolimus, sirolimus və ya takrolimus (transplantasiya zamanı istifadə olunur);
– xərçəngin müalicəsində istifadə edilən siklosfosfamid, vinka alkaloidləri (vinkristin, vinblastin və ya oxşar dərmanlar);
– halofantrin (malyariya müalicəsində istifadə olunur);
– yüksək xolesterol səviyyəsini azaltmaq üçün istifadə edilən statinlər (atorvastatin, simvastatin və fluvastatin və ya oxşar dərmanlar);
– metadon (ağrıları müalicə etmək üçün istifadə olunur);
– selekoksib, flurbiprofen, naproksen, ibuprofen, lornoksikam, meloksikam, diklofenak (qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP));
– oral kontraseptivlər;
– prednizolon (steroid);
– zidovudin, AZT kimi də tanınır; saquinavir (HİV-ə yoluxmuş xəstələrdə istifadə olunur);
– xlorpropamid, qlibenklamid, qlipizid və ya tolbutamid kimi diabet üçün dərmanlar;
– teofilin (astmaya nəzarət etmək üçün istifadə olunur);
– A vitamini (qida əlavəsi);
– amiodaron (aritmiyaların müalicəsində istifadə olunur);
– hidroklorotiazid (diuretik).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya körpə əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin.
Hamiləlik və ana südü ilə qidalanma zamanı ORNAFLU qəbul etməməlisiniz, əgər həkiminiz təyin etməsə.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərman nəqliyyat vasitələrini idarə edərkən və ya mexanizmlərdən istifadə edərkən başgicəllənməyə səbəb olur. Bu baş verərsə, siz maşın sürməməli və ya mexanizmlərdən istifadə etməməlisiniz.
İstifadə qaydası və dozası
Kapsulu bütövlükdə bir stəkan su ilə qəbul etmək lazımdır.
Müxtəlif infeksiyalar üçün bu dərmanın tövsiyə olunan dozaları aşağıdakılardır:
Böyüklər:
Kriptokokk meningitin müalicəsi üçün | İlk gündə 400 mq, sonra 6-8 həftə və ya daha uzun müddət ərzində gündə bir dəfə 200 mq-dan 400 mq-a qədər. Bəzən dozalar 800 mq-a qədər artırılır |
Kriptokokk meningitin residivinin qarşısını almaq üçün | Sizə dayandırmaq deyilənə qədər gündə bir dəfə 200 mq |
Koksidioidomikozun müalicəsi üçün | 11 aydan 24 aya qədər gündə bir dəfə 200 mq-dan 400 mq-a qədər. Bəzən dozalar 800 mq-a qədər artırılır |
Candida mənşəli daxili orqanların göbələk infeksiyaları | İlk gündə 800 mq, sonra gündə bir dəfə 400 mq |
Ağız boşluğu, boğaz və diş protezləri istifadə edən şəxslərdə selikli qişaya təsir edən infeksiyaların müalicəsi üçün | İlk gündə 200 mq-dan 400 mq-a qədər, sonra dayandırmağınız bildirilənə qədər 100 mq-dan 200 mq-a qədər |
Selikli qişanın iltihabını müalicə etmək üçün – doza infeksiyanın yerləşdiyi yerdən asılıdır | 7-30 gün ərzində gündə bir dəfə 50 mq-dan 400 mq-a qədər |
Ağız boşluğunun və boğazın selikli qişasına təsir edən infeksiyaların qarşısını almaq üçün | Gündə bir dəfə 100 mq-dan 200 mq-a qədər və ya infeksiyaya yoluxma riskiniz olduqda həftədə 3 dəfə 200 mq qəbul edin |
Genital göbələk infeksiyalarını müalicə etmək üçün | Tək dozada 150 mq |
Vaginal göbələk infeksiyalarının residivlərinin qarşısını almaq üçün | Ümumilikdə 3 doza (1, 4 və 7-ci günlər) üçün hər üçüncü gündə 150 mq və sonra infeksiyaya yoluxma riskiniz olduqda 6 ay ərzində həftədə bir dəfə |
Dərinin və dırnaqların göbələk infeksiyalarını müalicə etmək üçün | İnfeksiya yerindən asılı olaraq gündə bir dəfə 50 mq, həftədə bir dəfə 150 mq, 1-4 həftə ərzində həftədə bir dəfə 300-400 mq (idmançının ayağı 6 həftəyə qədər ola bilər, yoluxmuş dırnaq sağalana qədər dırnaq infeksiyasının müalicəsi aparılır) |
Candida mənşəli infeksiyaya yoluxmanın qarşısını almaq üçün (immunitet zəifdirsə və düzgün işləmirsə) | İnfeksiyaya yoluxma riskiniz olduqda gündə bir dəfə 200-400 mq |
Uşaqlarda və yeniyetmələrdə istifadəsi:
12 yaşdan 17 yaşa qədər yeniyetmələr:
Həmişə həkiminizin təyin etdiyi dozanı qəbul edin (böyüklər və ya uşaqlar üçün).
11 yaşa qədər uşaqlar:
Uşaqlar üçün maksimum gündəlik doza 400 mq-dır. Doza uşağın kiloqramla çəkisinə əsaslanacaq.
Xəstəlik | Gündəlik doza |
Candida mənşəli ağız boşluğunun və boğazın selikli qişasının göbələk infeksiyaları – doza və müddət infeksiyanın ağırlığından və infeksiyanın yerləşdiyi yerdən asılıdır | Hər kq/ 3 mq (ilk gündə hər kq bədən çəkisi üçün 6 mq verilə bilər) |
Kriptokokk meningit və ya Candida mənşəli daxili orqanların göbələk infeksiyaları | Hər kq / 6-12 mq |
Uşaqlarda Candida mənşəli infeksiyanın qarşısını almaq üçün (əgər onların immun sistemi zəifdirsə) | Hər kq / 3 mq-dan 12 mq-a qədər |
0-4 həftəlik uşaqlarda istifadəsi:
3-4 həftəlik uşaqlarda:
Yuxarıda göstərilən doza eynidir, lakin 2 gündə bir dəfə verilir. Maksimum doza hər 48 saatdan bir hər kq/12 mq təşkil edir.
2 həftədən kiçik uşaqlarda:
Yuxarıda göstərilən doza eynidir, lakin hər 3 gündə bir dəfə verilir. Maksimum doza hər 72 saatdan bir hər kq / 12 mq təşkil edir.
Yaşlı adamlar:
Böyrək problemi olmadıqda, adi böyüklər üçün olan doza verilməlidir.
Böyrək problemi olan xəstələr:
Həkiminiz böyrək funksiyanızdan asılı olaraq dozanı dəyişə bilər.
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu dərman da əlavə təsirlərə səbəb ola bilər.
Bəzi insanlarda ciddi allergik reaksiyalar nadir olsa da, allergik reaksiyalar inkişaf edə bilər. Aşağıdakı simptomlardan hər hansı birini görsəniz, dərhal həkiminizə məlumat verin.
– qəfil xırıltı, nəfəs almada çətinlik və ya döş qəfəsində sıxılma
– göz qapaqlarının, üzün və ya dodaqların şişməsi
– bütün bədəndə qaşınma, dərinin qızarması və ya qaşınan qırmızı ləkələr
– dəri qaşınmas
– sulu qovuqcuqların əmələ gəlməsinə səbəb olan səpgi kimi ağır dəri reaksiyaları (bu ağız boşluğu və dili zədələyə bilər).
ORNAFLU qaraciyərə təsir göstərə bilər. Qaraciyər problemlərinin əlamətlərinə aşağıdakılar daxildir:
– yorğunluq
– iştahsızlıq
– qusma
– dərinin və ya gözün saralması (sarılıq)
Bunlardan hər hansı biri baş verərsə, ORNAFLU qəbul etməyi dayandırın və dərhal həkiminizə məlumat verin.
Digər əlavə təsirlər:
Ümumi (100 xəstədən 1-dən 10-dan azına təsir edə bilər):
– baş ağrısı
– mədədə narahatlıq, ishal, ürəkbulanması, qusma
– qaraciyər funksiyasının qan testlərində artımı
– dəri qaşınması.
Nadir (1000 xəstədən 1-dən 10-dan azına təsir edə bilər):
– dərinin solğunlaşmasına və zəifliyə və ya nəfəs darlığına səbəb ola bilən qırmızı qan hüceyrələrinin azalması (anemiya)
– iştahanın azalması
– yuxuya gedə bilməmək, yuxululuq hissi
– başgicəllənmə, başın fırlanması hissi, sancma və ya uyuşma hissi
– dad duyğusunda dəyişikliklər
– qəbizlik, həzmin pozulması, meteorizm, ağızda quruluq
– əzələ ağrısı
– qaraciyərin zədələnməsi və dərinin və gözlərin saralması (sarılıq)
– qaşınma, övrə, qaşınma, tərləmənin artması
– yorğunluq, ümumi zəiflik hissi, qızdırma
Çox nadir (10.000 xəstədən 1-dən 10-dan azına təsir edə bilər):
– leykositlərin və trombositlərin səviyyəsinin aşağı olması
– trombositlərin sayının az olması və ya qan hüceyrələrində digər dəyişikliklər nəticəsində dərinin rənginin dəyişməsi (qırmızı və ya bənövşəyi)
– qanın tərkibində kimyəvi dəyişikliklər (qanda xolesterinin, yağların yüksək səviyyəsi)
– qanda kaliumun aşağı olması
– titrəmə
– anormal elektrokardioqramma (EKQ), ürək yığılmaları tezliyində və ya ritmində dəyişiklik
– qaraciyər çatışmazlığı
– allergik reaksiyalar (bəzən ağır), o cümlədən geniş yayılmış qabarcıqlı səpgilər və dərinin soyulması, şiddətli dəri reaksiyaları, dodaqların və ya üzün şişməsi
– saç tökülməsi
Doza həddinin aşılması
Əgər siz ORNAFLU-nu lazım olandan çox qəbul edirsinizsə:
Təsadüfən çoxlu kapsul qəbul etsəniz sizdə halüsinasiyalar və paranoid davranışlar (həqiqi olmayan şeyləri eşitmək, görmək, hiss etmək və düşünmək) ola bilər.
Simptomatik müalicə (zəruri hallarda dəstəkləyici tədbirlər və mədə yuyulması ilə) adekvat ola bilər.
Buraxılış forması
ORNAFLU 100 mq sərt kapsullar: 10 kapsul olan blisterdə.
ORNAFLU 150 mq sərt kapsul: 2 kapsul olan blisterdə.
ORNAFLU 200 mq sərt kapsullar: 7 kapsul olan blisterdə.
Saxlanma şəraiti
30ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Laboratorio Farmaceutico C.T. S.r.l.
Via Dante alighieri 71 – 18038 Sanremo (IM), Italy
Əmtəə nişanının və qeydiyyat vəsiqəsinin sahibi:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.
Ornaflu nə üçündür?
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar
- Göbələk əleyhinə dərmanlar
- Dəri infeksiyaları zamanı istifadə olunan dərmanlar
- Cinsi yolla keçən infeksiyaların müalicə və profilaktikası üçün dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






