Lorosept sprey nə üçündür?
Lorosept sprey - Ağız boşluğu xəstəlikləri zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Lorosept sprey haqqında məlumat
Lorosept sprey qiyməti
Lorosept qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Lorosept sprey qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Lorosept sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Propolisin, evkalipt yarpağının, küknar yarpağının, exinaseya otunun, mixək tumurcuğunun, itburnu meyvəsinin, palıd qabığının, biyan kökünün, adaçayı yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, nar qabığının və darçının spirtli çıxarışı, təbii limon aromatı, distillə suyu.
Farmakoloji təsiri:
- Sprey güclü antibakterial, göbələk və virus əleyhinə effekt verir.
- Tərkibində olan aşı maddələri, xüsusən də tanin ağız boşluğu və udlağın selikli qişasına büzücü və mikrob əleyhinə təsir göstərir, virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır.
- İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır, dişəti xəstəliklərinin qarşısını alır.
İstifadəsinə göstərişlər:
- Angina, tonzillit
- Faringit, laringit
- Müxtəlif etiologiyalı quru öskürəklər
- Gingivit
- Parodontoz
- Halitoz
- Diş ekstraksiyasından sonra
Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
Əks göstərişlər:
Spreyin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
Ağız boşluğu və ya boğaza püskürtmə şəklində göstərilən dozada istifadə olunur:
- 2-12 yaş uşaqlara gündə 3-4 dəfə, hər dəfə 1-2 püskürtmə;
- 12 yaşdan yuxarı və böyüklərə gündə 3-4 dəfə, hər dəfə 3-4 püskürtmə.
- İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.
Saxlanma müddəti:
2 il.
Saxlanma şəraiti:
Sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.
Buraxılış forması:
30 ml-lik tünd rəngli şüşə flakonda, sprey-başlıqla və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada. Reseptsiz buraxılır. Dərman vasitəsi deyil.
Lorosept sprey nə üçündür?
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






