Gerasept sprey istifadə qaydası necədir?
Gerasept sprey - Angina, faringit, laringit zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Gerasept sprey haqqında məlumat
Gerasept sprey qiyməti
Gerasept qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Gerasept sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
GERASEPT ORAL SPREY
Tərkibi:
1 flakonda (30 ml) 36 mq xloheksidin qlükonat, 45 mq benzidamin hidroxlorid vardır.
Benzidamin
- iltihabəleyhinə təsir
- ağrıkəsici təsir
Xlorheksidin-qlükonat
- dərhal bakterisid təsir, daha sonra isə uzunmüddətli bakteriostatik təsir
-geniş antimikrob təsirə
-yerli anesteziyaedici təsir
GERASEPT oral spreyin göstərişləri :
- Ağız boşluğunun və boğazın selikli qişasının iltihabı və ağrı ilə müşayiət olunan xəstəlikləri: GİNGİVİTLƏR (diş ətinin iltihabı),
STOMATİT (ağız boşluğunun daxili səthinin iltihabı),
FARİNGİT (boğazın iltihabı), TONZİLLİT (badamcıqların iltihabı) və
AFTOZ ZƏDƏLƏNMƏLƏR (ağız boşluğunun aftoz və xoralı yaraları),
-Udma funksiyasının yüngülləşdirilməsi və damaq xəstəliklərinin əlamətlərinin aradan qaldırılması, ağız boşluğunun və boğazın iltihabının yaranmasına səbəb olan infeksion xəstəliklərin profilaktikası məqsədi ilə,
-Dişətrafı toxumalarda müdaxilələrdən əvvəl və sonra,
-Radioterapiya (şüa müalicəsi) və kimyaterapiya (xərçəng xəstəliklərinin müalicəsi) və yaxud digər səbəblərdən yaranan mukozitlər (ağız boşluğunun seliki qişasının iltihabı) zamanı,
-Qida hissəciklərinin və bakteriyaların diş ətrafında yaratdığı təbəqənin (diş daşının) əmələ gəlməsinin profilaktikası.
İstifadə qaydası və dozası:
GERASEPT-in ümumi dozası boğaza/iltihab sahəsinə 5-10 püskürtmə təşkil edir. Əgər tələb olunarsa, 1,5 - 3 saatdan bir təkrar etmək lazımdır. Uşaqlarda istifadəsi: 6 yaşdan yuxarı uşaqlarda boğaza/iltihab sahəsinə tətbiq edilir. Ümumi dozası 5 püskürtmə təşkil edir. Əgər tələb olunarsa, 1,5 - 3 saatdan bir təkrar etmək lazımdır.6 yaşdan aşağı uşaqlarda istifadəsi həkim məsləhətilədir.
Gerasept sprey nə üçündür?
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






