Ferfolin tablet nə üçündür? qiyməti və tərkibi

Ferfolin istifadə qaydası, əks göstərişləri, qiyməti, tərkibi və s. bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Oct 2, 2024 - 18:06
 0
Ferfolin tablet nə üçündür? qiyməti və tərkibi
Ferfolin tablet

Ferfolin haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ferfolin qiyməti

Ferfolin dərman qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ferfolin qiyməti 19 azn - 22 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ferfolin tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Bioloji fəallığa malik qida əlavəsi
FERFOLİN kapsullar

TƏRKİBİ

Aktiv komponentlərin adı Miqdarı1 kapsulda TOSD-dan%-lə miqdarı
Dəmir (Iron)
(Ferrous fumarate)
40 mq*
(121,694 mq)
286 %
C vitamini
(L-Ascorbic acid)
50 mq
(50 mq)
63 %
Fol turşusu
(Folic acid)
400 mkq*
(400 mkq)
200 %
Köməkçi maddələr: corn starch (qarğıdalı nişastası); gelatin (jelatin); microcrystalline cellulose (mikrokristallik sellüloza); magnesium stearate (maqnezium stearat).

TOSD – Tövsiyə olunan sutkalıq doza

*İcazə verilən istifadə miqdarının yuxarı səviyyəsini keçmir

XÜSUSİYYƏTLƏRİ

Ferfolin nə üçündür?

FERFOLİN tərkibindəki ferrium fumarat birləşməsində kifayət qədər Fe2+ ionu saxlanmışdır.

Bağırsaqlarda bu birləşmə Fe2+ və fumarata dissosiasiya edir. FERFOLİNin tərkibində olan dəmir iki valentli olduğuna görə, bağırsaqda digər çevrilməyə məruz qalmadan bağırsağın daxili səthində olan apoferritin zülalı ilə birləşib kompleks birləşmə-ferritin əmələ gətirir. Orqanizimdə biokatalizator funksiyası daşıyaraq Hb və digər fermentlərin əsas hissəsini təşkil edir. FERFOLİN Hb və digər qlobulin fermentlərinin sintezi üçun vacib olan Fe defisitini aradan qaldırır və eritropoezi stimulə edir.

FERFOLİNin tərkibindəki Fe2+ fumarat dəmirin qandakı miqdarını bərpa edir. Dəmir defisiti zamanı orqanizmin dəmirə olan təlabatından asılı olaraq dəmirin sorulması normadan 5 – 35 % qədər artır. Qan zərdabında Fe2+ transferrinlə birləşərək Hb-in, mioqlobinin, sitoxromoksidazanın, katalazanın və peroksidazanın əmələ gəlməsində iştirak edir və orqanizmin depo orqanlarında toplanır.

FERFOLİNin tərkibindəki Fol turşusu eritropoezi stimullaşdırır, amin turşularının, nuklein turşularının, purinlər, pirimidinlərin sintezində, həmçinin xolin mübadiləsində iştirak edir. Orqanizmdə koferment rolu oynayan tetrohidrofol turşusuna kimi reduksiya olunur. Fol turşusu, həmçinin meqablastın yetişməsində və normoblastın əmələ gəlməsində iştirak edir.

FERFOLİNin tərkibindəki Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşuların mübadiləsində iştirak edir. Sümük və qığırdaq toxumasının əmələ gəlməsində və qanyaranma prosesində iştirak edir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR

Dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ.

İSTİFADƏ QAYDASI VƏ DOZASI

Daxilə, qidadan 1 saat əvvəl və ya 2 saat sonra.
Yetərli miqdarda su ilə (təqribən 200 ml) yemək zamanı daxilə qəbul edilir. Suyu digər mayelərlə əvəz etmək yolverilməzdir.
18 yaşdan yuxarı şəxslər (qadın cinsi) 1 kapsuldan gündə 1 dəfə.
Yaş və istifadə müddəti həkimin tövsiyəsi ilə dəyişdirilə bilər.

ƏKS GÖSTƏRİŞLƏR

Məhsulun inqrediyentlərinə qarşı individual hiperhəssaslıq, 18 yaşadək şəxslər.

XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ XƏBƏRDARLIQ

Tövsiyə edilən sutkalıq dozanı keçməyin. BFMQƏ normal qidalanmanı əvəz etmir. Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Məhsulun qəbulu zamanı nəcisin rənginin tündləşməsi mümkündür ki, bu da klinik əhəmiyyət daşımır.
Məhsul iş bacarığında və nəqliyyat vasitələrindən istifadədə məhdudiyyət yaratmır.

QABLAŞDIRMA FORMASI

Hər blisterdə 10 kapsul olmaqla 3 blister içlik vərəqəsi ilə birlikdə karton qutuda yerləşdirilmişdir.

YARARLILIQ MÜDDƏTİ

3 il. Qablaşdırmanın üzərində göstərilən ay və ilin sonuna qədər istifadə edilməsi tövsiyə edilir.

SAXLANMA ŞƏRAİTİ

25 °С-dən yüksək olmayan temperaturda, işıq və rütubətdən qorunması üçün original qablaşdırmasında saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlayın.

İSTEHSALÇI

MM “VITAPHARM-COM” MMC
Lenin küçəsi, 9/5, MD-3812, Komrat şəh, AƏT Qaqauziya, Moldova Respublikası
Tel./faks: +(37322) 260388
www.vitapharm.md

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow