Afala tablet qiyməti və istifadə qaydası necədir?

Afala tablet - Prostatit zamanı, prostat vəzin adenomasında, sidik ifrazatı xəstəliklərində istifadə olunan preparatdır.

Nov 26, 2024 - 13:38
Nov 26, 2024 - 13:46
 0
Afala tablet qiyməti və istifadə qaydası necədir?
Afala tablet

Afala tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Afala tablet qiyməti

Afala dərman qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Afala tablet qiyməti 14 azn - 17 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Afala qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

AFALA     sorma  tabletlər

AFALA

 

Tərkibi

Təsiredici maddələr: 1 tabletin  tərkibində  prostatspesifik  antigenə  qarşı  affin  təmizlənmiş 0,003q* anticisimlər  vardır. 

Köməkçi maddələr:   laktoza monohidrat, mikrokristallik sellüloza, maqnezium  stearat .

*laktoza  monohidratın  üzərinə  tərkibində  təsiredici  maddənin  aktiv  forması  10-15nq/q  çox olmadan  su-spirt  qarışığı  şəklində  yaxılır.

 

Təsviri

Yastı  silindr  formalı, iti  tərəfli  və  üzərində  xətti  olan, ağ  rəngdən  demək  olar  ki, ağ  rəngə qədər  olan  tabletlərdir. Yastı  tərəfində  xəttlə  MATERIA  MEDICA  yazısı, digər tərəfində AFALA yazısı vard;r.

 

Farmakoterapevtik qrupu

Prostat  vəzinin  xoşxassəli  hiperplaziyasının  müalicəsi  üçün  vasitə.

ATC kodu: G04CX.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Prostat  vəzidə  iltihab  əlamətlərini  və  ödemi  azaldır, onun  funksional  vəziyyətini normallaşdırır. Urodinamikanı  yaxşılaşdırır, qalıq  sidiyin  həcmini  azaldır, sidikqovucu yolların  aşağı  hissələrinin  tonusunu  normallaşdırır, dizurik  pozulmaların  azalmasına  səbəb  olur.

Farmakokinetikası

Analizlərin  müasir  fiziki-kimyəvi  üsulların  həssaslığı (qaz-maye  xromatoqrafiya  üsulu, yüksək  effektivli  maye  xromatoqrafiya  üsulu, xromato-mass-spektrometriya  üsulu) bioloji mayelərdə, üzvlərdə  və  toxumalarda  anticisimlərin  həddindən  az  dozalarını  qiymətləndirmək imkanı  vermir, bu  da, Afala  preparatının  farmakokinetikasını  öyrənməyə  texniki  səbədən  imkan  vermir.

 

İstifadəsinə göstərişlər

  • Prostat  vəzinin  I  və  II  dərəcəli  xoşxassəli  hiperplaziyası;
  • kəskin  və  xroniki  prostatitin  kompleks  müalicəsinin  tərkibində - iltihabəleyhinə  və ağrıkəsici  vasitə  qismində;
  • dizurik  pozulmalar (sidiyəgetmənin  artması, eləcə  də, gecələr, sidik  ifrazında  çətinlik, aralıq  sahəsində  ağrı  və  diskomfort), o  cümlədən  prostat  vəzinin  I  və  II  dərəcəli xoşxassəli  hiperplaziyasını  müşayiət  edən; kəskin  və  xroniki  prostatit.

 

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq.

18 yaşa  qədər  pasiyentlərdə  istifadəsinin  effektivliyi  və  təhlükəsizliyi  ilə  əlaqədar  kifayət  qədər  məlumat  olmadığı  üçün  bu  yaşa  qədər  olan  pasiyentlərdə  istifadəsi  məsləhət  görülmür.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatın  tərkibinə  laktoza  monohidrat  daxildir, bununla  əlaqədar  anadangəlmə qalaktozemiya, qlükoza  və  ya  qalaktoza  malabsorbsiya  sindromu  və  ya  anadangəlmə laktaza  çatışmazlığı  olan  pasiyentlərə  təyin  etmək  məsləhət  görülmür.

Afala nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hazırda  digər  dərman  vasitələri  ilə  uyuşmazlığı  halları  qeyd  edilməmişdir.

 

Hamiləlik  və  laktasiya  dövründə  istfadəsi

Afala  preparatı  qadınlarda  istifadə  üçün  nəzərdə  tutulmamışdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Afala  preparatı  nəqliyyat  vasitələrini  və  digər  potensial  təhlükəli  mexanizmləri  idarəetmə qabiliyyətinə  mənfi  təsir  etmir.

 

İstifadə qaydası və dozası

Daxilə  qəbul  edilir. Bir qəbula 2 tablet istifadə edilir (ağızda tam sorulana qədər saxlanılır, yalnız  qida  qəbulu  vaxtı  olmamaq  şərtilə). Preparat gündə 2 dəfə istifadə edilir, axşam və səhər (yuxudan əvvəl və ya sonra). Preparatın  məsləhət  görülən  istifadə  müddəti  16 həftə  təşkil  edir.

Nəzərəçarpan  ağrı  sindromu  və  dizurik  pozulmalar  zamanı  terapiyanın  ilk 2-3 həftəsində preparatın  gündə  4 dəfəyə  qədər  qəbul  edilməsi  göstərişdir.

Ehtiyac  olduqda, müalicə  kursunun  təkrar  keçirilməsi  həkim  məsləhətilə  1-4 aydan  sonra mümkündür.

 

Əlavə təsirləri

Preparatın  komponentlərinə  qarşı  yüksək  həssaslıq  reaksiyaları  mümkündür.

 

Doza həddinin aşılması

Doza  həddinin  təsadüfi  aşılması  zamanı  dərman  formasının  tərkibində  olan  köməkçi maddələrlə  əlaqədar  dispeptik  əlamətlər  yarana  bilər.

 

Buraxılış forması

Sorma tabletlər. 20 tablet,  polivinilxlorid örtüklü  və  alüminium  folqalı  konturlu-yuvalı qablaşdırmada. 2  və  ya  5 konturlu-yuvalı  qablaşdırma  içlik  vərəqə  ilə  birlikdə  karton qutuya  qablaşdırılır.

 

Saxlanma şəraiti

25º C-dən  yüksək  olmayan  temperaturda  və  uşaqların  əli  çatmayan  yerdə  saxlamaq lazımdır.

Preparatdan  istifadə  müddəti  ərzində  konturlu-yuvalı  qablaşdırmanı  karton  qutuda  saxlamaq  lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti.

Reseptsiz buraxılır.

 

Qeydiyyat  vəsiqəsinin  sahibi

“EİŞ “MATERİA  MEDİKA  HOLDİNQ” MMC.

Rusiya, 127473, Moskva ş., 3-cü  Samotyoçnı  d., ev 9.

Tel.:/Faks: +7 (495) 684 -43 -33.

“Qaynar  xətt”in  telefonu: +7 (495) 681-09-30; +7 (495) 681-93-00.

e-mail: [email protected]

 

Ünvan

Rusiya, 454139, Çelyabinsk  ş., Buquruslanskaya  k., ev 54.

 

Azərbaycan Respublikası ərazisində iradları qəbul edən təşkilat
Nümayəndəlik: “Materia Medika Holdinq “EİŞ” MMC.

Azərbaycan Respublikası, AZ 1025, Bakı ş., 8 Noyabr prosp.15

Tel.:+994124886892.

E-mail: [email protected]

Afala tablet nə üçündür?

  1. Prostat vəzin adenomasında istifadə olunan dərmanlar
  2. Prostatit zamanı istifadə olunan dərmanlar
  3. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow