Eurofar tablet nədir? qiyməti və tərkibi
Eurofar tablet - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Eurofar tablet haqqında məlumat
Eurofar tablet qiyməti
Evrofar qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Eurofar tablet qiyməti 24 azn - 28 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Eurofar qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
- Dəmir fumarat 60,85 mq
- Manqan sulfat 3,08 mq
- Mis sulfat 1,256 mq
- Sink sulfat 10,98 mq
- Fol turşusu 0,1 mq
- B12 vitamini 1,25 mkq
- B6 vitamini 0,85 mq
- C vitamini 40,0 mq
Farmakoloji təsiri:
Evrofar kompleks antianemik preparatdır, tərkibinə dəmir defisitli anemiyanın müalicəsi üçün lazım olan bütün komponentlər daxildir. Dəmir fumarat insan orqanizmi üçün vacib olan əvəz olunmayan metaldır. Hemoqlobin, mioqlobin, bir çox fermentlərin tərkibinə daxildir, oksigenlə birləşərək bir sıra oksidləşmə-reduksiya reaksiyalarında, qanyaranma prosesində fəal iştirak edir. Mis sulfat fermentlərin sintezini təmin edir, dəmirin bağırsaqlardan sorulmasında və hemoqlobinin əmələ gəlməsində iştirak edir. Sink sulfat normal qanyaranma üçün vacib olan komponentdir. Maqnezium sulfat 300-ə yaxın fermentin fəaliyyətini aktivləşdirir. Hüceyrə tsiklinin əsas tənzimləyicisi olub, fermentativ reaksiyaların çoxunda ( zülal, yağ və karbohidrat mübadiləsi), oksidləşmə-reduksiya proseslərində, ion mübadiləsində iştirak edir. Orqanizmin mübadilə mexanizmlərini stimullaşdırır. Həmçinin, qanyaradıcı sisteminin və mərkəzi sinir sisteminin fəaliyyətinə təsir edən əsas amildir. C vitamin metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyasında, lipid, zülal, karnitin sintezində, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. В6 vitamini eritrositlər tərəfindən dəmirin mənimsənilməsini yaxşılaşdırır; mərkəzi və periferik sinir sisteminin fəaliyyətini yaxşılaşdırır; triptofan, sistein, qlütamin və digər aminturşuların mübadiləsində iştirak edir. В12 vitamini eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. B12 vitamini hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir. Fol turşusu B qrupu vitaminlərinin tərkibinə daxildir, aminturşuların, nukleotidlərin və nuklein turşularının yaranmasında iştirak edir, eritrositlərin normal inkişafını təmin edir. Fol turşusu orqanizimdə koferment rolunda çıxış edən tetrafolturşusuna qədər bərpa olunur. Fol turşusu qan hüceyrələrinin yaranmasında, blast hüceyrələrinin sintezində və meqaloblastların formalaşmasında iştirak edir. Fol turşusunun çatışmazlığı qanyaranma prosesində meqaloblast fazanın normoblast fazaya keçməsini tormozlayır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasında vacib rol oynayır.
Göstərişləri:
- Dəmir defisitli anemiya;
- Təkrar və uzunmüddətli uşaqlıq, mədə-bağırsaq qanaxmaları;
- Dəmirə tələbatın artması: hamiləlik, laktasiya, intensiv böyümə (yeniyetmələr), cinsi yetişkənlik, xroniki infeksion xəstəliklər, iltihabi proseslər;
- Mədə rezeksiyası, enteritlər nəticəsində dəmirin sorulmasının pozulması;
- Qida maddələri ilə daxil olan dəmirin miqdarının azalması.
Dozalanması:
Böyüklərə və 12 yaşından yuxarı uşaqlara: 1 kapsuldan gündə 1 - 2 dəfə.
Buraxılış forması:
Kapsul №60
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Eurofar tablet nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Anemiya zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






