Adaptol 500 nə üçündür? istifadə qaydası necədir?

Adaptol 500 - Qıcıqlanma, emosional  labillik, həyəcan  və  qorxu  ilə  müşayət  edilən  nevroz  və nevrozabənzər  hallarda istifadə olunan preparatdır.

Nov 25, 2024 - 16:38
 0
Adaptol 500 nə üçündür? istifadə qaydası necədir?
Adaptol 500

Adaptol 500 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
  • İstifadə qaydası və dozası
  • Əlavə təsirləri  
  • Doza həddinin aşılması
  • Buraxılış forması  
  • Saxlanma şəraiti  
  • Yararlılıq müddəti
  • Aptekdən buraxılma şərti    
  • İstehsalçı         
  • Ünvan
  • Hamısına bax

    Adaptol 500 qiyməti

    Adaptol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Adaptol 500 qiyməti 12 azn - 14 azn arasında dəyişir.  

    Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Adaptol tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

    ADAPTOL    500 mq  tabletlər                   

    ADAPTOL

     

    Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

    Ümumi  qəbul  edilmiş  adı: Mebicar (mebikar).

     

    Tərkibi

    Təsiredic maddə: 1 tabletin  tərkibində  500 mq  mebikar  vardır.

    Köməkçi maddələr: metilsellüloza, kalsium  stearat.

     

    Təsviri

    Yastı  silindrik, iti  kənarlı  və  bir  üzündə  xətti  olan, ağ  və ya  demək  olar  ki, ağ  rəngli  tabletlərdir.

     

    Farmakoterapevtik qrupu

    Anksiolitik  vasitə.

    ATC kodu: N05BX.

     

    Farmakolojı xüsusiyyətləri

    Farmakodinamikası

    Təsir  mexanizmi

    Adaptol  dərman  vasitəsinin  təsiredici  maddəsi  olan  mebikar, kimyəvi  strukturuna  görə  orqanizmin  təbii  metabolitinə  yaxındır, onun  molekulu, bisiklik  strukturun  tərkibinə  daxil  olan  sidik  cövhərinin  iki  metilləşmiş  fraqmentindən  təşkil  olunmuşdur. Suda  və  və  bir  çox üzvi  həlledicilərdə  asanlıqla  həll  olur. Mebikar  kimyəvi  cəhətdən  inertdir, turşularla, qələvilərlə, oksidləşdiricilər  və  reduksiyaedicilərlə, müxtəlif  dərman  vasitələri  və  qida  komponentləri  ilə  qarşılıqlı  təsirə  girmir.

    Anksiolitik  təsirindən  başqa,  mebikar, eləcə  də, nootrop  təsirə  malikdir. Mebikar, limbik-retikulyar  kompleksə  daxil  olan  strukturların  aktivliyinə, qismən  hipotalamusun  emosiogen  sahəsinə  təsir  edir, eləcə  də, QAYT-ın (qamma-aminoyağ  turşusu) bütün  4 əsas  neyromediator, xolin-, serotonin- və  adrenergik  sisteminə  təsir  edərək, onların  balanslaşmasına  və  inteqrasiyasına  səbəb  olur, lakin  periferik  adrenoneqativ  təsir  göstərmir.

    Farmakodinamik  təsiri

    Mübikar  anksiolitik  və  nootrop  təsirə  malikdir; neyroleptiklər  və  benzodiazepin (emosional  süstlük, həddindən  artıq  sakitləşdirici  effekt, əzələ  zəifliyi) qrupundan  olan  trankvilizatorların istifadəsindən  yaranan  arzuedilməz  əlavə  təsirləri  azaldır, alkoqoləleyhinə  təsir  göstərir.

    Mebikar  mülayim  anksiolitik  aktivliyə  malikdir, narahatlığı, həyəcanı, qorxunu, daxili emosional  gərginliyi  və  qıcıqlanmanı  aradan  qaldırır  və  ya  zəiflədir. Dərman  vasitəsinin  sakitləşdirici  effekti  miorelaksasiya  və  hərəkət  koordinasiyasının  pozulmaları  ilə  müşayiət edilmir. Dərman  vasitəsi  əqli  və  hərəki  aktivliyi  zəiflətmir, bu  səbəbə  görə  mebikarı  iş günü  və  dərs  zamanı  istifadə  etmək  olar. Yuxugətirici  effektə  malik  deyil, lakin  yuxugəti-

    rici  vasitələrin  təsirini  gücləndirir  və  yuxunun  gedişatını   onun  pozulmaları  zamanı  yaxşılaşdırır. Mebikar  endogen  alkoqolun  səviyyəsini  artırır, nəinki  digər  trankvilizatorlar (alkoqola  meyilliyi  azaldaraq). Mebikar  nikotin  abstinensiyanı  yüngülləşdirir  və  ya  aradan qaldırır.

    Mebikar  yüksəlmiş  əhval-ruyiyyə  , eyforiya  hissiyyatı  yaratmır, adətolma  və  asılılıq, ləğvetmə  sindromu  müşahidə  edilmir.

    Klinik  effektivlik  və  təhlükəsizlik

    Klinik  tədqiqatlarda  müəyyən  edilmişdir  ki, mebikar, sayıqlama, patoloji  emosional  aktivlik  kimi  produktiv  psixopatoloji  pozulmaların  simptomatikasını  stimulə  etmədən  məntiqi, asso-

    siativ  təfəkkürü  artırır, diqqəti  və  əqli  iş  qabiliyyətini  yaxşılaşdırır.

    Farmakokinetikası

    Sorulması

    Dərman  vasitəsi  mədə-bağırsaq  sistemindən  yaxşı  sorulur (77-80%), təsiredici  maddənin  40%-i  eritrositlərlə  birləşir. Qalan  hissə  qan  plazmasının  zülalları  ilə  birləşmir  və  plazmada  sərbəst  şəkildə  qalır., bu  səbəbə  görə  təsiredici  maddə  orqanizmdə  maneəsiz  paylanır  və  sərbəst  şəkildə  hüceyrə  membranından  keçir.

    Paylanması

    Paylanma  həcmi  0,9 l/kq  təşkil  edir. Təsiredici  maddə  qanda  maksimal  konsentrasiyaya  dərman  vasitəsinin  qəbulundan  0,5 saatdan  sonra  çatır  və  yüksək  səviyyəsi  3-4 saat  ərzində  saxlanılır, sonra  tədricən  azalır.

    Biotransformasiyası

    Mebikar  orqanizmdə  metabolizmə  uğramır.

    Eliminasiyası

    Qəbul  edilən  dozanın  55-70%-i  orqanizmdən  sidiklə, qalan  hissəsi  nəcislə  dəyişilməmiş  şəkildə  sutka  ərzində  xaric  olur.     

     

    İstifadəsinə gostərişlər

    Adaptol 500 nə üçündür?

    • Qıcıqlanma, emosional  labillik, həyəcan  və  qorxu  ilə  müşayət  edilən  nevroz  və nevrozabənzər  hallar;
    • müxtəlif  mənşəli  kardialgiya (ürəyin  işemik  xəstəliyi  ilə  əlagəsi  olmayan);
    • neyroleptiklərin  və  trankvilizatorların  yaxşı  keçirilməsi  üçün, onların  törətdiyi somatovegetativ  və  nevroloji  əlavə  təsirləri  aradan  qaldırmaq  məqsədi  ilə;
    • tütün  çəkməyə  meyilliyi  azaldan  vasitə  kimi  kompleks  müalicənin  tərkibində.

                                                                                                                                                                   

    Əks göstərişlər

    Preparatın  istənilən  komponentinə  qarşı  yüksək  həssaslıq.

     

    Xüsusi göstərişlər və ehtiyat tədbirləri

    Yüksək  həssaslığın  kəskin  reaksiyaları  barədə  ayrı-ayrı  məlumatlar  qeyd  edilmişdir.

     

    Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

    Adaptol  preparatını  neyroleptiklərlə, trankvilizatorlarla (benzodiazepinlər), yuxugətirici vasitələrlə, antidepressantlarla  və psixostimullaşdırıcılarla  eyni  vaxtda  istifadə  etmək  olar.

    Hamiləlik və laktasiya dövründə istifadəsi

    Preparatın  təsiredici  maddəsi  orqanizmin  bütün  toxumalarına  və  mayelərinə  yaxşı  keçir. Hamiləlik  və  laktasiya  dövründə  istifadəsinə  dair  kifayət  qədər  klinik  müşahidələr  yoxdur, bu  səbəbə  görə  preparatı  bu  dövrlərdə  təyin  etmək  məsləhət  görülmür.                                                                           

     

    Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri             

    Preparat  arterial  təzyiqi  azalda  və  zəiflik  yarana  bilər  ki, bu  da, nəqliyyat  vasitələri  və mexanizmləri  idarə  etməyə  təsir  edə bilər.  

     

    İstifadə qaydası və dozası

    Adaptol  qida  qəbulundan  asılı  olmayaraq  daxilə  qəbul  edilir.  

    Böyüklərə  gündə  2-3 dəfə  500 mq  təyin  edilir.

    Birdəfəlik  maksimal  doza  3 q, yüksək  sutkalıq  doza  10  q  təşkil  edir.

    Müalicə  kursunun  müddəti  bir  neçə  gündən  2-3 aya  qədərdir.

    Tütün  çəkməyə  meyilliyi  azaldan  vasitə  kimi  kompleks  müalicədə  preparat  5-6 həftə  ərzində  sutkada  1000 mq  təyin  edilir.

    Yaşlı  pasiyentlərdə  dozanın  azaldılmasına  ehtiyac  yoxdur.   

    Qaraciyər  çatışmazlığı  olan  pasiyentlərdə  dozanın  azaldılması  tələb  edilmir.  

    Böyrək  çatışmazlığı  olan  pasiyentlərdə  doza öyrənilməyib. Belə  pasiyetlərdə  dərman vasitəsini  ehtiyatla  istifadə  etmək  lazımdır.    

    Preparatın  qəbulu  unudulduqda, onu  ötürülən  dozanı  yada  düşən  kimi  qəbul  etmək, növbəti  qəbulun  vaxtı  yaxınlaşdıqda, unudulan  dozanı  ötürmək   lazımdır. Heç  vaxt  ikiqat  doza  qəbul  etmək  olmaz.

     

    Əlavə təsirləri  

    Digər  dərman  vasitələri  kimi, Adaptolun  da  əlavə  təsirləri  ola  bilər. Adətən  Adaptolun  qəbulu  yaxşı  keçirilir.

    MedDRA (Terminoloji  reqlamentar  fəaliyyətin  tibbi  lüğəti) sisteminin  təsnifatı  üzrə  əlavə təsirlərin  tezliyi  aşağıdakı  kimidir:

    Çox  tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-a qədər); bəzən (≥1/1000-dən <1/100-ə qədər); nadir  hallarda (≥1/10 000-dən <1/1000-ə qədər); çox  nadir  hallarda (<1/10 000); məlum  deyil (əldə  olan  məlumatlar  görə  tezliyi  qiymətləndirmək  mümkün  deyil).

    Sinir  sistemi  tərəfindən  baş  verən  pozulmalar:nadir  hallarda - başgicəllənmə.

    Damarlar  tərəfindən  baş  verən  pozulmalar: nadir  hallarda - arterial  təzyiqin  azalması.

    Mədə-bağırsaq  sistemi  tərəfindən  baş  verən  pozulmalar: nadir  hallarda - həzm sisteminin pozulması.

    Dəri  və  dərialtı  toxumalar  tərəfindən  baş  verən  pozulmalar: nadir  hallarda - yüksək dozaların  qəbulundan  sonra  allergik  reaksiyalar  mümkündür (dəri qaşınması). Allergik reaksiyalar  zamanı  preparatın  qəbulunu  dayandırmaq  lazımdır. 

    Ümumi  pozğunluqlar  və  yeridilmə  yerində  baş  verən  pozulmalar: nadir  hallarda - bədən temperaturunun  aşağı  düşməsi, zəiflik.

    Arterial  təzyiqin  azalması  və /və  ya  bədən  temperaturunun  aşağı  düşməsi  (bədən temperaturu  1-1,5 °С-dən  aşağı  düşə  bilər)  preparatın  qəbulunu  dayandırmaq  üçün  səbəb deyil. Arterial  təzyiq  və  bədən  temperaturu  müalicə  kursu  bitdikdən  sonra  normaya  düşür.   

    Müalicə  dövründə  içlik  vərəqədə  qeyd  edilən  əlavə  təsirlərdən  hər  hansı  güclü  təzahür  etdikdə  və  ya  qeyd  edilməyən  istənilən  əlavə  təsir  yarandıqda, həkimə  müraciət  etmək  lazımdır.

    Doza həddinin aşılması

    Preparatın  toksikliyi  azdır. Doza  həddinin  aşılması  barədə  iki  hal  qeyd  edilmişdir. Suisidə  cəhd  edilərkən, dərman  vasitəsinin  bir dəfəlik  30 q  dozada  qəbulu  zamanı  letal  sonluğun  inkişafına  səbəb  olmamışdır.

    Müalicəsi

    Doza  həddinin  aşılmasına  şübhə  olduqda, həkim  çağırmaq, ümumi  qəbul  olunmuş detoksikasiya  tədbirləri  tətbiq  etmək, eləcə  də, mədənin  yuyulması  və  simptomatik  müalicə aparmaq  lazımdır. Spesifik  antidotu  yoxdur.                                                                                                                            

     

    Buraxılış forması  

    10 tablet, polivinilxlorid    və  laklı  alüminium  folqalı  pərdəli  blisterdə. 2 blister (20 tablet) içlik  vərəqə  ilə  birlikdə  karton  qutuya  qablaşdırılır.   

     

    Saxlanma şəraiti  

    25º C-dən  yüksək  olmayan  temperaturda, rütubətdən, işıqdan  qorumaqla,  uşaqların  əli çatmayan  yerdə  saxlamaq  lazımdır.

     

    Yararlılıq müddəti

    4 il. Yararlılıq  müddəti  bitdikdən  sonra  istifadə etmək olmaz.                                                                                                                              

     

    Aptekdən buraxılma şərti    

    Resept  əsasınada  buraxılır.                                                                                                                   

     

    İstehsalçı         

    “Olaynfarm” SC.                                                                                                                              

     

    Ünvan

    Rupnitsa k., 5, Olayne, LV-2114, Latviya. 

    Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


    Bu yazını dostlarınla paylaş

    saytların hazırlanması Pin up casino giriş

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow