4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ÖLDÜ
 
                                    İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.
Doktorm.az APA-ya istinadən məlumat verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
                    
                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                            
 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            