Yuxusuzluğu aradan qaldıran təbii qidalar - Həmin an təsir edəcək!

Yuxusuzluq müasir dövrdə bir çox insanın qarşılaşdığı ciddi sağlamlıq problemlərindən biridir. Stress, həyat tərzi və qeyri-düzgün qidalanma kimi faktorlar yuxu problemlərinin yaranmasına səbəb olur. Lakin bəzi qidalar yuxusuzluqla mübarizə aparmaqda kömək edə bilər. Mütəxəssislər yuxu keyfiyyətini artıran və yuxusuzluğu aradan qaldıran bəzi qidaları tövsiyə edir:
Banan
Banan triptofan və maqnezium baxımından zəngindir. Triptofan beyində serotonin və melatonin hormonlarının ifrazını artıraraq yuxunu tənzimləyir.
Qoz və badam
Qoz və badamda da triptofan mövcuddur, həmçinin melatonin səviyyəsini yüksəltməkdə kömək edir. Badamın tərkibində maqneziumun olması əzələlərin rahatlamasına və yuxunun dərinləşməsinə səbəb olur.
İsti süd
İsti süd yuxu gətirən ənənəvi vasitələrdən biridir. Südün tərkibində triptofan var və kalsium bu maddənin beyinə daha yaxşı təsir etməsini təmin edir.
Bal
Bir qaşıq bal yuxu hormonlarının ifrazını artıraraq beyini rahatlaşdırır. Balın tərkibindəki şəkər serotonin səviyyəsini yüksəldir.
Kivi
Bir çox araşdırmalar göstərir ki, kivinin tərkibindəki antioksidantlar və serotonin səviyyəsini artıran maddələr yuxu keyfiyyətini artırmağa kömək edir.
Düzgün qidalanma və yuxu rejimi sağlam və dinc gecələr üçün əsasdır. Yuxusuzluqla mübarizədə bu qidaları qida rasionunuza əlavə etməklə daha keyfiyyətli yuxuya sahib ola bilərsiniz. /ajans.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






