Yeni epidemiya yayılır - XƏBƏRDARLIQ

Apr 13, 2025 - 09:07
 0
Yeni epidemiya yayılır - XƏBƏRDARLIQ
Yeni epidemiya yayılır - XƏBƏRDARLIQ

Fransanın dənizaşırı ərazilərindən birində – Reyunyonda – universitet xəstəxanasında çikunqunya (ağcaqanad dişləməsi ilə ötürülən virus xəstəliyi) epidemiyasının alovlanması səbəbindən fövqəladə “Ağ plan” tətbiq edilib.

Doktorm.az xəbər verir ki, bu barədə “Reunion la 1ere” portalı məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir epidemiyanın alovlanması ilə mübarizə üçün “bütün insani və maddi resursları səfərbər etmək” məqsədi daşıyır.

Məlumata görə, Reyunyonda 17-23 mart tarixləri arasında təxminən 6 min yoluxma halı aşkarlanıb. 2024-cü ilin avqustundan bəri 20 mindən çox xəstəliyə yoluxma halı qeydə alınıb, iki nəfər ölüb.

Epidemiya daha çox adanın cənubunu vurub, lakin ekspertlər hesab edirlər ki, hələ pik həddə çatmayıb. Radiostansiyanın məlumatına görə, bu, aprelin ortalarına qədər gözlənilir.

“Ağ plan” tibb müəssisələrinə müəyyən əməliyyatları ləğv etməyə və ya tibbi personalı məzuniyyətdən geri çağırmağa imkan verir. Sonuncu dəfə bu plan 2022-ci ilin yanvarında COVID-19 epidemiyası zamanı tətbiq edilmişdi.//Sfera.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow