Yaşlandıqca qarnımız niyə böyüyür? - SƏBƏBİ BİLİNDİ

May 3, 2025 - 19:46
 0
Yaşlandıqca qarnımız niyə böyüyür? - SƏBƏBİ BİLİNDİ
Yaşlandıqca qarnımız niyə böyüyür? - SƏBƏBİ BİLİNDİ

Alimlər araşdırmalar nəticəsində müəyyən ediblər ki, yaşla birgə böyüyən qarın təkcə estetik yox, həm də tibbi problemdir. Qarın piyləri maddələr mübadiləsinin yavaşlaması və 2-ci tip şəkərli diabet riskinin artması, həmçinin ürək-damar patologiyaları ilə birbaşa bağlıdır.

Doktorm.az xəbər verir ki, Los-Ancelesdəki Kaliforniya Universiteti ilə birlikdə Ümid Şəhəri Şəkərli Diabet və Metabolizm Araşdırma İnstitutunun alimləri problemi öyrənmək üçün birgə tədqiqat aparıblar.

Siçanlar üzərində apardıqları bir sıra təcrübələrdə onlar əsasən yaşa bağlı piylərin yığılmasından məsul olan ağ yağ toxumasına (WAT) diqqət yetiriblər. məlum olub ki, yaş artdıqca mövcud yağ hüceyrələrinin ölçüsü də artır.

Elm adamları digər ehtimalları da irəli sürüblər.

Bəlkə də toxumanın özü yeni yağ hüceyrələri istehsal etməyə başlayır. Fərziyyəni yoxlamaq üçün onlar qoca və gənc siçanlardan adiposit prekursor hüceyrələrini digər heyvan qrupuna köçürərək bir sıra transplantasiya həyata keçiriblər. Adiposit prekursor hüceyrələri BAT daxilində yetkin yağ hüceyrələrinə çevrilmə potensialına malik kök hüceyrə növüdür. Məlum olub ki, yaşlı siçanların hüceyrələri dərhal aktiv şəkildə çoxlu sayda yağ hüceyrəsi istehsal etməyə başlayıblar (gənc fərdlərin hüceyrələrindən daha intensiv).

Lakin əks istiqamətdə transplantasiya (gənc hüceyrələrdən yaşlı siçanlara) eyni effekti verməyib. Göründüyü kimi, aktivliyi yaşla azalan əksər kök hüceyrələrdən fərqli olaraq, adiposit prekursorları, əksinə, daha da aktivləşirlər. Bu kəşf nəinki 40 yaşdan sonra düz qarın saxlamağın niyə belə çətin olduğunu izah etmir, həm də yaşa bağlı piylənmənin müalicəsi üçün yeni strateji hədəf təklif edir.

Bu hüceyrələrin fəaliyyətinə nəzarət edən dərmanlar hazırlaya bilsək, nəinki yığılmış piylərlə mübarizə apara bilərik, həm də bədənin sağlamlığını və metabolik gəncliyini qoruyub saxlayaraq onun görünüşünün pozulmasının qarşısını ala bilərik./Bizim.Media 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow