Xalq artisti təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Dec 5, 2024 - 13:33
 0
Xalq artisti təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR
Xalq artisti təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Rusiyanın Xalq artisti Larisa Qolubkina xəstəxanaya yerləşdirilib.

Doktorm.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

84 yaşlı Qolubkina xərçənglə mübarizə aparır.

Həkimlər aktrisaya xərçəngin üçüncü mərhələsi və qan sistemi xəstəliyi ilə əlaqəli palliativ status diaqnozu qoyublar. 

O, müntəzəm olaraq xüsusi dərmanlar qəbul edir, lakin son vaxtlar ənənəvi müalicənin onun ağrılarını kəsmədiyi bildirilib.

Qolubkina tezliklə remissiyaya nail olmaq üçün növbəti kimyəvi terapiya seansından keçəcək. 

Xərçəngin yaratdığı ağrılı simptomlar ağrı kəsici terapiya sayəsində aradan qaldırılıb.

Larisa Qolubkina evdə əlil arabası ilə hərəkət etməli olacaq. Bununla belə, həkimlər dərman müalicəsi ilə müsbət dinamikanı müşahidə ediblər və qalan xərçəng hüceyrələrini aradan qaldırmaq üçün daha bir neçə kimyəvi terapiya kursundan keçməli olduğunu deyiblər. 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow