Vinkabral kapsullar

Vinkabral beyin aktivliyini stimulə edir. Vinkabral beyin toxumasının metabolik ehtiyacını beyin qan axarı parametrlərinə adaptasiya edir.

Jun 5, 2024 - 14:02
Jun 24, 2024 - 12:55
 0
Vinkabral kapsullar
Vinkabral kapsullar

Vinkabral kapsullar Tərkibi: 

1 kapsulun tərkibində 30 mq Vinka minor L bitkisinin ekstraktı var

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Farmakoloji xüsusiyyətləri:

Vinkabral  beyin qan dövranını yaxşılaşdırır

Vinkabral beyin aktivliyini stimulə edir. Vinkabral beyin toxumasının metabolik ehtiyacını beyin qan axarı parametrlərinə adaptasiya edir. Vinkabral qlükozanın oksidləşmə reaksiyalarını artırma yolu ilə beyində metabolik prosesləri yaxşılaşdırır, hüceyrələrdə enerjinin əmələ gəlməsini və onların aktivliyini artırır. Vinkabral hipoksiya vəziyyətində neyronların oksigenlə təchizatını artırır, beyin qan dövranını yaxşılaşdırır. Beyin toxumasına kompleks təsir göstərir: onun funksiyasını stimulə edir, enerji təchizatını yaxşılaşdırır, hipoksiyanı aradan qaldırır. Beyinin normal fəaliyyətini, xüsusən də düşünmə qabiliyyətini və yaddaşı gücləndirir.

İstifadəsinə göstərişlər:

  • Beyin qan dövranı çatışmazlığı
  • Diqqət və yaddaş pozğunluğu
  • Beyin travmalarından sonrakı vəziyyət
  • Əqli imkanların yaxşılaşması məqsədilə
  • Beyin qan dövranı çatışmazlığı zamanı yaranan görmə və eşitmə pozğunluğu
  • Kəllədaxili təzyiqin artması
  • Hipertenziya, hipertonik ensefalopatiya
  • Miqren, miqrenəbənzər tutmalar
  • Diabetik angiopatiya
  • İşemik insultdan sonrakı reabilitasiya və işemik insultun yaranma təhlükəsi zamanı
  • Məlum olunmayan başgicəllənmə tutmaları
  • Emosional gərginlik və həyəcan

 Vinkabral kapsullar Əks göstərişlər:

Uşaqlar, hamiləlik və laktasiya dövrü, beyin şişləri, hipotoniya, tərkibindəki komponentə qarşı yüksək həssaslıq.

Vinkabral kapsullar İstifadə qaydası və dozası:

1 kapsuldan gündə 2 dəfə

Buraxılış forması:

Vinkabral kapsul №20 qutuda

Vinkabral  Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı:

Rompfarma, Rumıniya


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow