Vərəmlə mübarizə yetərsizdir, ictimai dinləmə keçiriləcək

Sep 15, 2025 - 16:11
 0
Vərəmlə mübarizə yetərsizdir, ictimai dinləmə keçiriləcək
Vərəmlə mübarizə yetərsizdir, ictimai dinləmə keçiriləcək

"Bütün mübarizə tədbirlərinə baxamyaraq, dünyada vərəmə yoluxma artır. Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb".

Doktorm.az "Unikal"-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri, deputat Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu baxımdan müvafiq qurumların iştirakı ilə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək. 

Komitə sədri qeyd eidb ki, icbari tibbi sığorta bütün xəstəliklərin müayinə və müalicəsini təmin etməlidir:

"Ancaq hələ də görülməmiş işlər çoxdur. Xüsusilə, bizim fikrimiz budur ki, bu gün insanlar arasında yayılmış və tələfat verən xəstəliklərin hər biri icbari tibbi sığorta ilə əhatə olunsun".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow