Varikosel nədir? Müalicəsi varmı?

Varikosel - xayalardakı qanı boşaldan damarların müxtəlif səbəblərlə hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosele olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

Oct 20, 2024 - 15:58
 0
Varikosel nədir? Müalicəsi varmı?
Varikosel nədir?

Varikosel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Kişi sonsuzluğunun səbəbi olaraq ən sıx qarşılaşılan narahatlıqlardan biri olan varikosel, testisdə mövcud olan toplardamarların vəzifəsini tam olaraq yerinə yetirə bilməməsindən qaynaqlanır. “Varikosel göstəriciləri nələrdir, varikosel necə müalicə edilir, varikosel sperma sayına necə təsir edir?” kimi bir çox sualların cavabını yazımızda tapa bilərsiniz.

Varikosel nədir?

Varikosel, testislərdən çıxan çirkli qanı daşıyan toplardamarlarda əmələ gələn damar genişlənməsidir. Varikosel, 90% nisbətində sol testisdə görülür. Sol testis sağa görə daha çox təzyiqə və nisbətən daha yavaş bir qan axışına məruz qaldığı üçün varikoselin sol testisdə daha çox görüldüyü düşünülür.

Varikosel göstəriciləri nələrdir?

Yüngül səviyyədəki varikosel hər hansı bir əlamət verməyə bilər, lakin illər keçdikcə damarlardakı genişlənmənin artmasıyla testislərdə şişkinlik və ağrıya səbəb ola bilər.Uzun müddət ayaqda qaldıqda və isti havalarda testislərdəki damarlar diqqətə çarpar və ağrı artar. Çox irəliləyən varikosel hallarında isə testis ölçülərində kiçilmə və konsistensiyasında yumuşama olur. Varikosel əllə müayinədə rahalıqla müşahidə olunur. Bundan əlavə damar strukturunun nəzərdən keçirilməsinə imkan yaradan UZİ köməyi ilə də aşkarlanır.

Varikosel sonsuzluğa səbəb olurmu?

Testisləri qoruyan xarici torbalardakı istilik, bədən temperaturundan adətən bir neçə dərəcə daha aşağıdır. Yəni spermaların ən sağlam formada istehsalı üçün normal bədən temperaturundan daha sərin bir müihitə ehtiyac vardır. Torbalarda əmələ gələn genişlənmiş varikosel damarları içərisində qan göllənməsi səbəbi ilə artan temperatur, sperma istehsalına mənfi təsir göstərir və sperma keyfiyyətini poza bilir.

Sadəcə temperatur artışı deyil, varikoseli olan kişilərdə böyrək və böyrək üstü bezlərindən gələbiləcək toksiki maddələr testisdə toplana bilir. Bu səbəblə spermaların hərəkətində və keyfiyyətində düşmə müşahidə olunur.

Varikosel mütləq müalicə edilməlimidir?

Bütün varikosellərin müalicə edilməsinə ehtiyac yoxdur. Sperma sayını azaldan başqa səbəblər varsa, ilk olaraq bu səbəblər müəyyən edilərək düzəldilməsi lazım gəlir. Bunun xaricində azospermiya yəni “sıfır sperma” halında varikoselin müalicə edilməsi hələ də müzakirələrə səbəb olur. Azospermiyanın səbəbi mütləq araşdırılmalıdır. Çünki adətən varikosel sperma sayını sıfıra salan tək səbəb ola bilməz. Azospermiya ilə bağlı ətraflı məlumatı buradan öyrənə bilərsiniz.

Varikosel əməliyyatı necə həyata keçirilir?

Varikosel əməliyyatı mikro cərrahiyyə üsulu ilə həyata keçirilir. Qasıq bölgələrində 2 sm.lik bir kəsikdən girilərək testis damarlarına çatılır. Əməliyyatda ümumi və ya yerli anesteziya altında mikroskopdan istifadə edilməsi, əməliyyatda damarların daha dəqiq olaraq tanınmasını və testisi bəsləyən arteriyanın diqqətli bir şəkildə qorumasına imkan yaradır. Mikroskop altında genişlənmiş toplardamarlar, digər damarlardan ayrılaraq bağlanır. Əməliyyat müddəti 1 ilə 2,5 saat arasında dəyişə bilir.

Mikrocərrahiyyə üsuluyla edilən cərrahi müdaxilədə müvəffəqiyyət şansı yüksək, təkrar etmə və komplikasiya göstəricisi aşağıdır. Xəstələr əməliyyat günündə xəstəxanadan çıxa bilər, iki-üç gün sonra işə qayıda bilərlər. Varikosel əməliyyatı sonrasında, xəstə minimum səviyyədə ağrı hiss edir.

Varikosel əməliyyatı sonrasında sperma sayında və keyfiyyətində dəyişiklik olurmu?

Sperma sayının artması üçün əməliyyatdan sonra qəbul edilən gözləmə müddəti 3-6 aydır. 6 aydan sonra sperma keyfiyyəti və sayında artım müşahidə olunmamışdırsa, daha uzun müddət gözləmək bir fayda verməyəcəkdir. Bu düzəlmə kişilərin təqribən 70%-də aşkarlanır. Bir il ərzində gözlənən hamiləlik təqribən 40%-dir. Ancaq bəzi kişilərdə sperma keyfiyyəti və sayında hər hansı bir dəyişiklik olmaya bilər. Bu vəziyyət adətən komplikasiyalar ilə birlikdə əmələ gələ bilər.

Varikosel xəstələri ata ola bilərmi?

Varikosel əməliyyatından 6 ay sonra sperma sayında və ya keyfiyyətində düzəlmə olmayan və təbii yoldan yoldaşı hamilə qala bilməyən kişilərdə köməkçi çoxalma üsulları ilə müalicə məsləhət görülə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow