Uşaqlıq daxili spiral haqqında bilmədikləriniz
Spiral hamiləliyin qarşısını alan tabletlərdən daha etibarlıdır, çünki hamiləliyin qarşısını alan tabletləri qəbul edən qadınlar çox vaxt tableti vaxtında qəbul etməyi unudurlar, bu isə effektivlik etibarlılığını əhəmiyyətli dərəcədə azaldır.

Uşaqlıq daxili spiral haqqında bilmədikləriniz
Uşaqlıq daxili spiral çəkinin artmasına səbəb ola bilərmi?
Hamiləlikdən qorunma üsullarından biri də uşaqlıq daxili spiraldır. Spiral yerləşdirməyi düşünən xəstələri maraqlandıran suallardan biri ən əsası spiral çəki artmasına səbəb ola bilərmi sualıdır. Əslində spiralin kökəltmə kimi əlavə təsiri yoxdur. Nəticə etibarilə spiral əks təsirləri ən az olan, ən güvənilən və ən asan hamiləlikdən qorunma üsullarından biridir. Buna görə də, ən çox tövsiyə olunan qorunma üsullarından biri kimi geniş istifadə olunur. Qeyd edək ki, spiral menstruasiya müddətinin 3-4-5 ci günlərində qoyulması məsləhət görülür.
- Uşaqlıq daxili spiral 5 il olmuşdursa və ya qadında şikayyətlər (qanama, ağrı, ləkələnmə və s.) varsa çıxarılması gərəkir.
- Uşaqlıq daxili spiralın çıxarılması üçün xüsusi bir zaman yoxdur, istədiyiniz zaman çıxartdıra bilərsiniz.
- Menstruasiya zamanı çıxarılarsa qadın daha az hiss edər.
- Spiral çıxarılmadan 2-3 gün əvvəl artıq qorunmaq lazımdır, çünki spermatazoid uşaqlığın içində 24 saatdan da çox yaşaya bilir.
- Buna görə də spiral çıxarmadan sonra cinsi əlaqə olmasada hamilə qalmaq mümkündür.
Uşaqlıq daxili spiral kimlərə uyğun deyil?
- Menstruasiya düzənsizliyi varsa
- Menstruasiya qanaması çox olarsa
- Uşaqlığın içində arakəsmə(septum) varsa
- Uşaqlıq boşluğunda mioma varsa
- Kiçik çanaq orqanlarının infeksiyon xəstəlikləri olarsa
Düşük və abortdan sonra spiral nə vaxt qoyula bilər?
Düşükdən bir ay sonra görülən aybaşıda spiral istifadə edilə bilər, ya da uşaqlıq daxilinin təmizliyindən əmin olduqda düşükdən dərhal sonra spiral yerləşdirilə bilər. Düşük sonrasında abort olunubsa ya da istəkli olaraq hamiləliyi sonlandırmaq üçün edilən abortlardan dərhal sonra spiral qoyula bilər. Bəzən abortdan dərhal sonra spiral qoyulmur və bir həftədən sonra qoyulur. Bunun səbəbi uşaqlıq içərisində parçanın olmadığından əmin olmaqdır. Abortda bir ay sonra görülən aybaşı dövründə də spiral qoyulur.
Uşaqlıq daxili spiral istifadəsi haqqında vacib məlumatlar!
Uşaqlıq daxili spiral Spiral istifadə etmək olar:
- Daha əvvəl keysəriyyə əməliyyatı, mioma və s. operasiyalar keçirənlər
- Siqaret çəkənlər həm mis , həm də progesteron hormonlu
- Ürək-damar xəstəliklərinin risk qrupunda olanlara mis və hormonlu
- Hipertoniyalı xəstələr mis və hormon
- Damar tutulması olanlar mis və hormonlu
- Miokard infarktına məruz qalmış və serebral damar tutulması olanlar (felç) mis və hormonlu
- Xolesterol, lipid yüksəlişi mis və hormonlu
- Migren olanlar mis və hormonlu
- Spiral da dismenoreya (ağrılı menstruasiya) olan xəstələrə də tətbiq oluna bilər. Mis spiral bəzən dismenoreyanın artımına səbəb ola bilər. Hormonal spirallar adətən dismenoreyanı azaldır.
- Süd vəzisində xoş xassəli kist və s. xəstəliklər mis və hormonlu
- Miomalı xəstələrdə, miomanın uşaqlıq daxilini deformasiya etmədikdə
Spiral istifadə etmək olmaz:
- Anadangəlmə uşaqlıq anomaliyaları
- Spiral kəskin kiçik çanaq infeksiyon xəstəliklərində, kəskin servisit və vaginit zamanı
- Son üç ayda doğuşdan sonrakı endometrit və ya septik abort keçirən xəstələr
- Cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupunda olanlar
- Genital aktinomikoz zamanı
- Aktiv viral hepatit olanlarda progesteron hormonu olan spiral istifadə edilməməlidir.
- Qaraciyər xəstəliyi, siroz və qaraciyər şişi olanlarda hormonlu spiral istifadə edilmir.
- Mis spiralların qəbul edilən digər dərmanlarla qarşılıqlı əlaqədə olmur.
- Hormonal (progesteron) olan spirallar nadir hallarda dərmanlarla əks göstəriş ola bilər (xüsusilə hormonal preparatlar)
- Özü və ya partnyoru çox tərəfdaşlı olanlar spiral istifadə etməməlidirlər. Çünki bu cütlüklər cinsi yolla ötürülən xəstəliklər baxımından risk qrupundadırlar.
- Misə alergiyası olan insanlar və Wilson xəstəliyi olanlarda spiral istifadə edilmir.
- Bilinən və ya şübhəli döş xərçəngi olan xəstələrdə hormonal spiral istifadə edilməz.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






