Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ

Mar 24, 2025 - 17:42
 0
Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ
Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.

Doktorm.az axar.az-a istinadla xəbər verir ki, müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow