Trampın əlindəki ləkənin sirri – Ağ Ev açıqladı

ABŞ Prezidenti Donald Trampın sağ əlindəki qançırların yaranma səbəbi açıqlanıb.
Doktorm.az xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Karolin Levitt danışıb.
O qeyd edib ki, D.Tramp tez-tez əl sıxaraq salamalaşdığına görə bu belədir.
“Prezident xalqın adamıdır. O, sələflərinə nisbətən daha çox amerikalı ilə görüşür”, – K.Levitt deyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı ilə görüşündə çəkilən fotolarda əlindəki qızartılar diqqət çəkib. Bu, sosial mediada 78 yaşlı ABŞ liderinin səhhəti ilə bağlı müxtəlif fərziyyələrin yayılmasına səbəb olub. /globalinfo.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






