Tovuzda məktəbdə 20-yə yaxın şagird zəhərləndi

Tovuzda orta məktəbdə kütləvi zəhərlənmə olub.
Doktorm.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən tam orta məktəbində qeydə alınıb. Belə ki, məktəbin 20-yə yaxın şagirdi zəhərlənmə ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






