Təhlükəli tromb: O, öskürəklə başlayır:

Mar 29, 2025 - 11:40
 0
Təhlükəli tromb: O, öskürəklə başlayır:
Təhlükəli tromb: O, öskürəklə başlayır:
Bir sıra əlamətlərlə bədəninizdə qan laxtasının –trombun əmələ gəldiyini müəyyən etmək olar. İnsanlar damar nahiyəsində ağrı, ayaqlarda şişlik, bədən istiliyində qismən dəyişiklik hiss edirlər.
Doktorm.az xəbər verir ki, həkim Pyotr Xristenko trombun siqnallarına diqqət çəkib.
“Bu siqnallara diqqət yetirilməzsə, laxtaların sağlam damarlara yayılması riski var. Tromb yarandısa, bu, artıq daimidir. Ayaqda şiddətli ağrı, sanki ayağın partlaması hissi, yeriyərkən güclənən diskomfort ( insanın oturması və ya dayanması çətin olur) əlamətləri olur.
Belə halda uzanmaq bir qədər rahatlıq verə bilər.
Əgər xəstə quru öskürəkdən, fiziki gərginlik zamanı nəfəs darlığından şikayət edirsə, o zaman ağciyər emboliyasını (PE) istisna etmək olmaz.
Əgər PE kütləvidirsə (bu zaman tromb kütlələri böyük arteriyaların tıxanmasına səbəb olur), o zaman insanın həyatını xilas etmək üçün cəmi bir neçə dəqiqə qala bilər.
Flebotromboz (dərin venaların trombozu - redaktorun qeydi) tez-tez təyyarə ilə uçuşdan sonra baş verir və yalnız 2-3 həftədən sonra görünə bilər"./medicina.az

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow