Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"

Oct 11, 2024 - 09:10
 0
Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"
Tanınmış qiraətçi həkimləri İTTİHAM ETDİ: "Oğlumun gözləri məhv oldu"

“Həkimlərin məsuliyyətsizliyinə görə, oğlumun gözləri məhv oldu, hara aparsam da, çarə tapılmadı”.
 
Bu sözləri qiraətçi Pünhan İsmayıllı “Həmin Zaur” verilişində oğlu Ağasəlim ilə birlikdə qonaq olarkən deyib. 


Qiraətçi oğlunun görmə məhdudiyyətli olması ilə bağlı ilk dəfə danışdığını qeyd edib: “Bu barədə heç danışmamışam. Oğlumun 3 yaşına qədər görmə qabiliyyəti var idi.  Həkimlərin məsuliyyətsizliyi onun gözlərinin məhv olmasına səbəb oldu. Hazırda heç görmür. Dünyanın harasına aparsam da, çarəsi tapılmadı”. 
 

“Ağasəlim 5 il musiqi məktəbində oxuyub. Ona sadəcə maddi dəstək olmuşam, qalan bütün əziyyətini anası çəkib. Bunun üçün anasına təşəkkür edirəm. 4 il Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Bundan sonra Mədəniyyət və İncəsənət Universitetində 4 il, Xoreqrafiya Akademiyasında isə 2 il oxuyub. Elmi dərəcəsi var. Bu, onun öz sahəsidir, bəstəkardır. Bir çox xalq artistləri oğlumun bəstələrini oxuyurlar, bunun üçün onlara minnətdaram”, - P.İsmayıllı əlavə edib.

//sfera.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow