Suvastin tablet

Suvastin tablet ferment çatışmamazlığı zamanı, mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 06:31
Aug 4, 2024 - 07:42
 0
Suvastin tablet
Suvastin tablet

Suvastin tablet haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Suvastin tablet qiyməti

Suvastin tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Suvastin tablet qiyməti 23 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Suvastin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ

Pankreatin- 150 mq; (Lipaza – 6750 TV; Amilaza – 6300 TV; Proteaza – 450 TV)
Pepsin     – 10 mq; (1:10000)
Tripsin- 5 mq; (Tripsin – 42.5 TV; Ximotripsin – 300 TV)
Bromelain – 100 mq
Papain    – 100 mq

FARMAKOTERAPEVTİK QRUPU

Həzm prosesini yaxşılaşdıran,polienzimpreparat (Immuno-modulyator,fibrinolitik,antiaqreqant,iltihab əleyhinə,ödeməleyhinə,hipolipidemik,adoptogen təsirlər göstərən preparatdır).

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ: 

SUVASTIN– Heyvan və bitki mənşəli fermentlərdən ibarət kombinə olunmuş preparatdır. Mədəaltı vəzin fermentlərinin çatışmazlığını aradan qaldırmaqla,proteolitik,amilolitik və lipolitik təsirlər göstərir.Tərkibindəki iribuynuzlu heyvanların mədəaltı vəzisindən alınmış pankreatik fermentlər həzmıvə MBT-ninişini yaxşılaşdırır.
Lipaza–Lipaza,qidada olan yağ molekullarını hidroliz edirək,triqliseridlərə – qliserinə və yağ turşularına parçalamaqla, yağların həzm prosesində vacib rol oynayır,energetic mübadilədə, yarım doymamış yağ turşularının və həmçinin yağda həll olan  A, D, E, K vitaminlərinin mənimsənilməsində iştirak edir.
Amilaza–qidadakı mürəkkəb karbohidratları, nişastanı sadə karbohidratlara – oliqosaxaridlərə (dekstrinlərə və monosaxaridlərə) qədər parçalayan həzm fermentlərinə aiddir.
Proteaza–  zülalların aminturşulara qədər parçalanmasını təmin edir.
Pepsin –zülalların aminturşulara çevrilməsində iştirak edən fermentdir. Pepsin hidrolizdən əvvəl zülalların dezaqreqasiyasını təmin edir və onu asanlaşdırır. Katalizator kimi proteaz və peptidaz təsirlərə malikdir.
Tripsin və Ximotripsin – zülalları və peptidləri parçalayır, həmçinin esteraz (mürəkkəb efirlərin hidrolizi) aktivliyə malikdir. Tripsin və ximotripsin iltihab əleyhinə və ödem əleyhinə təsirlərə malikdir, nekroza çevrilən toxumaları seçici parçalama xüsusiyyətinə malikdir. Yaraların, yanıqların, trombozların müalicəsində digər fermentlərlə və antibiotiklərlə birgəistifadə olunur.Tripsin mədəaltıvəzinin stimullaşdırılmış sekresiyasınıin hibə edərək, analgetik təsir göstərir.
Papain – bitkimənşəli proteolitik fermentdir, papayanın tam yetişməmiş meyvəsinin şirəsindən alınır. Zülalları parçalayır, papainin təsiri həzm prosesində insan orqanizmində sintez olunan pepsin fermentinin təsirinə oxşardır, buna görə onu “bitkimənşəli pepsin” adlandırırlar.Əsas fərqləndirici xüsusiyyəti odurki, zülalları pH-ın genişdiapazonundaparçalamaqxüsusiyyətinəmalikdir, yənipepsindənfərqliolaraq papain təkcə turş  mühitdə aktiv deyil, həmçinin neytral və qələvi mühitdə də aktivdir (diapazon pH 3-12, optimum pH 5-8). Buna görə də papaini həm hipoasid, həm də hiperasid vəziyyətlərdə istifadə etmək olar.
Bromelain – bitki mənşəli proteolitik fermentdir, ananas meyvələrindən alınır. Təsiri pepsinə və tripsinə oxşardır,Bromelain əsas həzm fermenti kimi təsir göstərir, zülalları parcalayır və sorulmasına kömək edir, digər fermentlərin işini aktivləşdirir və həzm prosesini yaxşılaşdırır. Bağırsağın funksional aktivliyini artırır, mübadilə məhsullarını və toksiki maddələri orqanizmdən xaricedir. Bromelain həmdə çəkini azaltmaq üçün vasitədir, zülalvəkarbohidratmübadiləsiprosesləriningüclükatalizatorudur. Bromelain yağların tezparçalanmasını təmin edir və onları orqanizmdən xaric edir, yağların və dərialtı piy depolarının yığılmasının qarşısını alır.
SUVASTIN-nin tərkibinə daxil olan fermentlər nazik bağırsağın qələvi mühitində azad olur, çünki onlar mədə şirəsinin təsirindən qorunan kapsullarda qablaşdırılıb. Preparatın maksimal fermentative aktivliyi peroral qəbuldan sonra 30-45 dəq ərzində qeyd olunur.

GÖSTƏRİŞLƏRİ

  • Mədəaltı və zinekzokrin funksiyasının çatışmazlığı zamanı yaranan xəstəliklərdə: xroniki pankreatit, mukovissidoz
  • Mədə və mədəaltı vəzidə aparılan cərrahi əməliyyatlardan sonra
  • Mədəaltı vəzin xərcəngində,pankreatik və yaxud ümumi öd axarının obstruksiyası (məs: şiş nəticəsində)
  • Qarın boşluğu orqanlarının rentgenoloji və ultrasəs müayinəsinə hazırlıq dövründə
  • Ürəyin xroniki işemik xəstəlikləri, arteriya və venaların immunopatoloji iltihabi xəstəlikləri,ətraf arteriyalarının aterosklerozu,arteriyalarınemboliyası,trombozu flebit,tromboflebit,postflebitik sindrom, limfa durğunluğu;
  • Yuxarı və aşagı tənəffüs yollarının müxtəlif mənşəli kəskin infeksiyaları ,xroniki bronxit, pnevmoniya, plevrit.
  • Dermatit, akne, iltihabi dəri xəstəlikləri.
  • Müxtəlif lokalizasiyalı sidik çıxarıcıyol infeksiyaları,kəskin və xroniki tubulointerstisialnefrit
  • Kişi cinsi orqanlarının infeksion xəstəlikləri,prostatit, orxit, epididimit.
  • Qadinlardaki çikçanaq orqanlarının müxtəlif mənşəli iltihabi xəstəlikləri: salpingit, ooforit, turboovarialabses.
  • Sidik-cinsiyyət orqanlarının iltihabi xəstəlikləri: sistit, uretrit, pielonefrit.
  • Diffuz kistoz mastopatiya;
  • Müxtəlif mənşəli travmalar
  • Onkoloji xəstəliklərdə kimya terapiyası zamanı.
  • Cərrahi praktikada spaykaların (bitişmələr) əridilməsi məqsədilə.

ƏKS GÖSTƏRİŞLƏRİ

Preparatınhərhansı birkomponentinə qarşıfərdihəssaslıq. 

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ

Hamiləlik və laktasiya dövründə Suvastinin istifadəsi mümkündür, lakin hamilə qadınlar həkim məsləhəti ilə preparat ıqəbul etməlidirlər və nəzarətdə olmalıdırlar. 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI

Mədəaltı vəzin funksiyalarının çatışmazlığının dərəcəsindən asılı olaraq doza seçilir. SUVASTIN 1-4 kapsul (lipazanın 8000-32000 TV-ə uyğun) hər qida qəbulu zamanı yaxud yeməkdən dərhal sonra mayeilə çeynəmədən bütöv halda qəbul olunur. Müalicə kursu bir neçə gündən (səhvpəhriznəticəsində həzmprosesininpozulması zamanı) birneçəayaqədər (uzunmüddət əvəzləyici terapiya zəruriyyəti olduqda) davam edə bilər. 

ƏLAVƏ TƏSİRLƏRİ 

Uzunmüddətli, yüksək dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda nəcisin konsistensiyasında və iyində dəyişikliklər, dəridə xırda səpgilər baş verir.

XÜSUSİ GÖSTƏRİŞLƏRİ

Mukovissidozdan əziyyət çəkən yüksək dozada pankreatin preparatları qəbul edən pasiyentlərdə bağirsağı nileosekal hissəsində və yoğun bağırsaqda daralmalar (fibrozlaşmış kolonopatiya) müşahidə olunub. Qarınboşluğunda qeyri-adisimptomlar və ya dəyişikliklər qeydə alınarsa, fibrozlaşdırıcı kolonopatiyanı istisna etmək üçün tibbi baxışın keçirilməsi mütləqdir, xüsusən pasiyent 10000 lipaza vahidi/kq dozadan yüksək dozada preparat qəbul edərsə.

BURAXILIŞ FORMASI

SUVASTIN 30 kapsul. Kartonqutuda 10 kapsuldan ibarət 3 blister olmaqla qablaşdırılır. 

SAXLANMA QAYDASI

Uşaqların əli çatmayan, quru, qaranlıq yerdə,  25 ºC-dən aşağı temperaturda saxlanılmalıdır.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ  

“Novator Pharma” LLP, Böyük Britaniya. 

İSTEHSAL EDİLİR: “SC Laboratoarele Remedia” SRL, Rumıniya . “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.

Suvastin tablet nə üçündür?

  1. Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
  2. Mədəaltı vəzin xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  3. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow