Şuşada nefroloq və endokrinoloqların regional toplantısı keçirilib

Aug 16, 2024 - 07:45
 0
Şuşada nefroloq və endokrinoloqların regional toplantısı keçirilib
Şuşada nefroloq və endokrinoloqların regional toplantısı keçirilib

Doktorm.az xəbər verir ki, TƏBİB-in təşkilatçılığı, Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin dəstəyi ilə Şuşada “Natrium və turşu-qələvi müvazinəti: Nefroloqlar və Endokrinoloqların Şuşa görüşü” regional toplantısı baş tutub.

Regional toplantıda TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin sədri Xəyyam Eyvazov, Respublika Endokrinologiya Mərkəzinin direktoru Nərmin İsmayılova və digər rəsmilər iştirak ediblər.

Toplantının birinci panelində Yeni Klinikanın direktoru, həkim-nefroloq Barat Yusubov “Kəskin böyrək çatışmazlığında dializin tətbiqi: Göstərişlər və optimal zamanın seçilməsi”, nefroloq Cəbrayıl Cəbrayılov “Qan qazlarında nələrə diqqət edək?”, endokrinoloq Fidan Qulu isə “Diabetik ketoasidoz və müalicəsi” mövzularında çıxış ediblər.

Tədbirin ikinci panelində isə Yeni Klinikanın endokrinoloqu Nərimanə Yağcı İmanovanın “Hiponatremiya: Klinik dəyərləndirmə və müalicəsi”, Yeni Klinikanın həkim-terapevti Nərmin Beydulovanın “Hipernatremiya: Xəstə nümunəsi” və Nefroloq Cəbrayıl Cəbrayılovun “Hiperurikemiya nefroloq gözü ilə” mövzularındakı çıxışları dinlənilib.

Geniş təqdimatların nümayiş olunduğu tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Mənbə: Təbibin rəsmi internet səhifəsi


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow