Süni toyuq əti satışa çıxarıldı – Dünyada ilk dəfə

Feb 6, 2025 - 11:48
 0
Süni toyuq əti satışa çıxarıldı – Dünyada ilk dəfə
Süni toyuq əti satışa çıxarıldı – Dünyada ilk dəfə

Tamamilə laboratoriya şəraitində istehsal edilən toyuq əti onun istehsalçıları tərəfindən “dünyada bir ilk” olaraq xarakterizə edilir və hazırda İngiltərədə rəsmi olaraq satışdadır.

Doktorm.az xəbər verir ki, kənd təsərrüfatından kənar istehsal edilən bu “elmi fantastika” yeməyin dad və qida dəyəri baxımından əsl toyuq ilə eyni olduğu bildirilir. Bununla belə, məhsul hazırda yalnız heyvan yemi kimi istehsal olunur.

“Chick Bites” adlanan bu məhsul Londonda “Pets at Home” mağazasının rəflərində öz yerini tutub. Məhsul bitki mənşəli inqrediyentlərin və laboratoriyada yetişdirilən və ya "mədəni" toyuq ətinin qarışığıdır. 

Üstəlik, bu toyuq yalnız bir yumurta nümunəsindən istehsal edilib. Beləliklə, nəzəri olaraq, məhsulun arxasında olan elm adamları bu üsuldan istifadə edərək qeyri-məhdud miqdarda toyuq istehsal etməyə davam edə bilərlər.

Sintetik toyuq istehsalçı olan “Meatly” şirkəti məhsulun sağlamlıq faydalarına diqqət çəkir. Şirkətin məlumatına görə, laboratoriyada yetişdirilən bu ətdə adi toyuqda olan bütün vacib amin turşuları, yağ, minerallar və vitaminlər var. 

Eyni zamanda, bu şəraitdə hazırlanan məhsullar heç bir heyvanın kəsilməsinə səbəb olmur./news24.az/


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow