Sumqayıtdakı bit-birəli məktəbi bu dəfə həşəratlar basdı – QALMAQAL

Sep 23, 2024 - 13:34
 0
Sumqayıtdakı bit-birəli məktəbi bu dəfə həşəratlar basdı – QALMAQAL

Sumqayıt şəhər 14 nömrəli məktəblə bağlı yeni qalmaqallı iddia səsləndirilib.

Doktorm.az bildirir ki, Sumqayıt24-ə müraciət edən valideynlər bildiriblər ki, sinif otaqlarında dezinseksiya işləri aparılsa da, bu, problemi tam həll etməyib. Belə ki, uşaqların təhsil aldığı siniflərdə bit-birədən sonra digər həşaratlar da məskunlaşıb.

Həmçinin valideynlərin iddiasına görə, dezinseksiyadan sonra uşaqlar arasında zəhərlənənlər var.

Qeyd edək ki, sentyabrın 14-də, yəni dərslərin başlamasına iki gün qalmış siniflər, dəhlizlər, sanitar qovşaqlar, eləcə də məktəbin həyatyanı sahəsi xüsusi kimyəvi maddələr vasitəsilə dezinseksiya edilib.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu unvanlanıb.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow